AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İngiltərə Meksikanı məğlub edərək 1/4 finala yüksəldi

  • + A
  • - A
  • Bu gün, 07:26

    İngiltərə Meksikanı məğlub edərək 1/4 finala yüksəldi

    Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində İngiltərə millisi Meksika yığmasını 3:2 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

    Meksikodakı "Asteka" stadionunda keçirilən qarşılaşmada İngiltərənin yarımmüdafiəçisi Cud Bellinqem 36 və 38-ci dəqiqələrdə iki qol vuraraq komandasını önə çıxarıb. Komandanın üçüncü qolunu isə 60-cı dəqiqədə penaltidən Harri Keyn vurub.

    Meksika millisinin heyətində 42-ci dəqiqədə Xulian Kinyones, 69-cu dəqiqədə isə penaltidən Raul Ximenes fərqlənib.

    Bu qələbə sayəsində İngiltərə millisi dünya çempionatının 1/4 finalına yüksəlib. Komanda növbəti mərhələdə Norveç millisi ilə qarşılaşacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR