AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çempionlar Liqası: 1/4 finala vəsiqə qazanan son 2 komanda müəyyənləşib – VİDEO

  • + A
  • - A
  • 14-03-2019, 09:33

    Çempionlar Liqası: 1/4 finala vəsiqə qazanan son 2 komanda müəyyənləşib – VİDEO















    Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin son 2 cavab görüşü keçirilib.

    “Report”un məlumatına görə, İspaniyada “Barselona” Fransa “Lion”unu qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 5:1. Hesabı 18-ci dəqiqədə Lionel Messi açıb. O, penaltini dəqiq yerinə yetirib. 31-ci dəqiqədə isə Filippe Koutinyo ikinci qolu vurub. 58-ci dəqiqədə Lüka Tuzar fərqi azaltsa da, oyunun sonlarına doğru meydan sahibləri daha 3 qol vurublar. 78-ci dəqiqədə Messi “dubl” edib. 81-ci dəqiqədə Jerar Pike, 86-cı dəqiqədə isə Usman Dembele fərqlənərək, oyunun yekun nəticəsini müəyyənləşdiriblər.

    İlk görüş qolsuz yekunlaşdığı üçün Kataloniya komandası mərhələ adlayıb. “Barsa” həm də 1/8 final səddini keçən yeganə İspaniya təmsilçisi olub. PSJ-dən sonra “Lion”un da mübarizəni dayandırmasından sonra Fransa 1/4 finalda təmsilçisiz qalıb.



    Almaniya da 1/8 finalda hər iki komandasını itirib. “Mançester Siti” önündə boyun əyən “Şalke”nin ardından “Bavariya” da İngiltərənin daha bir təmsilçisi “Liverpul”la bacarmayıb. İlk görüşdə səfərdə qolsuz heç-heçə etmiş Münhen komandası ev oyununda uduzub – 1:3. Fasiləyədək tərəflər hərəyə bir dəfə fərqləniblər. Qonaqlardan Sadio Mane 26-cı dəqiqədə hesabı açıb. 39-cu dəqiqədə isə onun komanda yoldaşı Joel Matip topu öz qapısına göndərib. İkinci hissədə “Liverpul” daha 2 qol vurub. 69-cu dəqiqədə Vircil van Deyk qonaqları önə çıxarıb. Son nöqtəni isə 84-cü dəqiqədə Mane qoyub.



    Beləliklə, 1/4 finala vəsiqə qazanan komandaların yarısı İngiltərə təmsilçiləri olub. Daha əvvəl bu ölkədən “Mançester Siti”, “Mançester Yunayted” və “Tottenhem” də 1/8 final səddini keçib. Digər vəsiqələrə İtaliyanın “Yuventus”, Hollandiyanın “Ayaks” və Portuqaliyanın “Portu” komandaları yiyələnib.

    1/4 final, yarımfinal və final mərhələlərinin püşkatma mərasimi martın 15-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək. Oyunlar isə 9-10 aprel və 16-17 apreldə olacaq.

    Çempionlar Liqası

    1/8 final, cavab oyunları

    13 mart

    24:00. “Barselona” (İspaniya) – “Lion” (Fransa) – 5:1

    Qollar: Lionel Messi, 16 (pen.); 78; Filippe Koutinyo, 31; Jerar Pike, 81. Usman Dembele, 86 – Lüka Tuzar, 58

    Baş hakim: Şimon Martsinyak (Polşa)

    “Kamp Nou” stadionu

    İlk oyun – 0:0

    24:00. “Bavariya” (Almaniya) – “Liverpul” (İngiltərə) – 1:3

    Qollar: Joel Matip, 39 (öz qapısına) – Sadio Mane, 26; 84. Vircil van Deyk, 69

    Baş hakim: Lorentso Manqanelli (İtaliya)

    “Münhen Arena”

    İlk oyun – 0:0.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR