İspaniya Futbol Superkuboku 2027-ci ilin fevralında Türkiyənin İstanbul şəhərində keçiriləcək. Bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) saytında məlumat yayılıb.
Əvvəlcə turnirin Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılırdı. Lakin həmin tarixlərdə krallıqda Asiya Kuboku keçiriləcəyindən Superkubokun Türkiyəyə köçürülməsinə qərar verilib.
Kubok uğrunda Barcelona, Real Madrid, Atlético Madrid və Real Sociedad mübarizə aparacaq. Qarşılaşmalar fevralın 2-dən 7-dək İstanbul Olimpiya Stadionunda keçiriləcək.
Qeyd edək ki, İspaniya Superkuboku 2020-ci ildən ənənəvi olaraq Səudiyyə Ərəbistanında təşkil olunur. Yalnız 2021-ci ildə COVID-19 pandemiyası səbəbindən turnir İspaniyada keçirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.