18 yaşlı avstraliyalı qolfçu Cessika Benq beyinə qansızma nəticəsində dünyasını dəyişib.
Bu barədə məlumatı BBC Avstraliyanın peşəkar qadın qolf turunun (WPGA Tour of Australasia) rəsmi bəyanatına istinadən yayımlayıb.
Məlumata görə, avqustun 1-də idmançının Tailandda keçiriləcək turnirə hazırlığı zamanı səhhəti qəfildən pisləşib. O, dərhal Banqkokda yerləşən xəstəxanalardan birinə çatdırılaraq əməliyyat edilib.
Gənc idmançı təxminən iki həftə reanimasiyada qalsa da, bu gün, avqustun 14-də həyatla vidalaşıb.
Benq 2025-ci ilin sonlarında peşəkar idman karyerasına başlayıb. 2026-cı ilin əvvəllərində isə o, karyerasının cəmi beşinci peşəkar çıxışı olan "Ford Women's NSW Open 2026" regional seçmə turnirində özünün ilk qələbəsini əldə etmişdi./oxu
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.