Almaniyanın Heydelberq şəhərində paracüdo üzrə Avropa çempionatı start götürüb.
Azərbaycan millisinin üzvü Saleh Sultanov (J1, 81 kq) yarışın bürünc medalını qazanıb.
İdmançımız 1/4 finalda fransalı Siril Jonara məğlub olub.
Sultanov təsəlliverici görüşdə neytral bayraq altında çıxış edən Aleksandr Jujqovu, bürünc medal uğrunda qarşılaşmada isə gürcüstanlı Mishiко Şiobrişvilini məğlub edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.