AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda bu gün qadınlar arasında voleybol üzrə Avropa çempionatının iki oyunu keçiriləcək

  • + A
  • - A
  • Bu gün, 15:23

    Bakıda bu gün qadınlar arasında voleybol üzrə Avropa çempionatının iki oyunu keçiriləcək


    Bu gün Bakıda qadınlar arasında voleybol üzrə Avropa çempionatının qrup mərhələsinin iki qarşılaşması keçiriləcək.

    Azərbaycan paytaxtı C qrupunun oyunlarına ev sahibliyi edir. Saat 15:30-da Belçika və İspaniya, saat 18:30-da isə Rumıniya və Niderland yığmaları qarşılaşacaq.

    Qrup mərhələsinin oyunları avqustun sonunadək Milli Gimnastika Arenasında keçiriləcək.

    Qeyd edək ki, C qrupunda ilk oyunda Azərbaycan millisi Portuqaliyanı 3:1 hesabı ilə məğlub edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR