İsveç millisi bu gün AVRO-2020-nin E qrupunda İspaniya ilə qarşılaşacaq.
AzadMedia.Az xəbər verir ki, Sevilya şəhərində keçiriləcək görüşdə meydan sahibləri favorit göstərilir.
Artıq son Avropa və dünya çempionatının seçmə mərhələlərində də bir qrupda yer almış İsveçlə İspaniyanın qarşılaşması maraqla gözlənilir.
Komandalar 14 iyunda Avropa çempionatlarında bir neçə dəfə oyun keçirib. Maraqlıdır ki, məhz bu tarixdə İsveç 2008-ci ildə keçirilmiş Avropa çempionatında İspaniyaya qrup mərhələsində uduzub. Həmin qarşılaşmaları təqdim edirik:
AVRO-1984. Qrup mərhələsi. Rumıniya – İspaniya 1:1
AVRO-1988. Qrup mərhələsi. İtaliya – İspaniya 1:0
AVRO-1992. Qrup mərhələsi. İsveç – Danimarka 1:0
AVRO-2004. Qrup mərhələsi. İsveç – Bolqarıstan 5:0
AVRO-2008. Qrup mərhələsi. İsveç – İspaniya 1:2
AVRO-2012. Qrup mərhələsi. İspaniya – İrlandiya 4:0
Ümumiyyətlə İspaniya və İsveç indiyədək 9 dəfə qarşılaşıb. Bu, komandaların 10-cu görüşü olacaq:
1920-ci il Olimpiya Oyunları. İspaniya – İsveç 2:1
1950-ci il dünya çempionatı. İsveç – İspaniya 3:1
1978-ci il dünya çempionatı. İspaniya – İsveç 1:0
2000-ci il. Yoldaşlıq oyunu. İsveç – İspaniya 1:1
2006-cı il. Avropa çempionatının seçmə oyunu. İsveç – İspaniya 2:0
2007-ci il. Avropa çempionatının seçmə oyunu. İspaniya – İsveç 3:0
2008-ci il Avropa çempionatı. İsveç – İspaniya 1:2
2019-cu il. Avropa çempionatının seçmə oyunu. İspaniya – İsveç 3:0
2019-cu il. Avropa çempionatının seçmə oyunu. İsveç – İspaniya 1:1.
Qeyd edək ki, İspaniya – İsveç matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.