Gəncə futbolunda veteran futbolçu vəfat edib

Gəncə futbolunun tanınmış nümayəndələrindən olan Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib.
“Kəpəz” klubunun yetirməsi olan Mehman Hacıyev komandanın heyətində iki dəfə Azərbaycan çempionu olub və ölkə kubokunu qazanıb.
O, karyerası ərzində “Turan Tovuz” və “Qarabağ” klublarında da çıxış edib.
Mehman Hacıyev 2010-2013-cü illərdə “Kəpəz”in əvəzedici komandasında, 2013-2014-cü illərdə isə əsas komandada köməkçi məşqçi kimi fəaliyyət göstərib.
Veteran futbolçunun dəfn mərasiminin sabah keçiriləcəyi bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.