AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Fənərbaxça”nın “Turan Tovuz”la oyunu ilə bağlı yeni açıqlama

  • + A
  • - A
  • Bu gün, 13:10

    “Fənərbaxça”nın “Turan Tovuz”la oyunu ilə bağlı yeni açıqlama

    Türkiyəli jurnalist Emre Bol “Fənərbaxça”nın “Turan Tovuz”la yoldaşlıq görüşü üçün pul aldığını açıqlayıb.

    Onun sözlərinə görə, İstanbul klubunun hazırkı maliyyə vəziyyətində belə qarşılaşmalardan gəlir əldə etməsi vacibdir.

    “Əvvəlcə onlara əsəbiləşdim. Azərbaycanda yoldaşlıq matçında nə işiniz var? Türkiyədə komanda yoxdur? Amma bunun üçün pul aldıqlarını öyrəndim. Ona görə də artıq bir şey demirəm. “Fənərbaxça”nın hazırda pul qazanmağa ehtiyacı var”, - deyə jurnalist qeyd edib.

    Qeyd edək ki, “Turan Tovuz” - “Fənərbaxça” oyunu Bakıdakı stadionda keçirilib və Türkiyə təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

    Qarşılaşma zamanı Meyson Qrinvudun qırmızı vərəqə alması ilə bağlı insident də yaşanıb. Mateo Genduzi komandanı meydandan çıxarmaq istəsə də, tərəflər arasında aparılan müzakirədən sonra oyun davam etdirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR