Bakıda cüdo üzrə dünya çempionatı

Azərbaycanı ikinci yarış günündə dörd cüdoçu təmsil edir
Bakıda cüdo üzrə dünya çempionatı davam edir.
Məlumata görə, mundialın ikinci günündə Azərbaycanı tatamidə dörd cüdoçu təmsil edir.
66 kq çəki dərəcəsində mübarizə aparan Ruslan Paşayev ilk görüşündə Türkmənistan təmsilçisi Sərdar Rəhimova qalib gələrək 1/8 finala yüksəlib. O, bu mərhələdə İtaliya təmsilçisi Valerio Aççoqliyə məğlub olaraq turnirdə çıxışını başa vurub.
Eyni çəkidə Nizami İmranov ilk görüşündə Gürcüstan təmsilçisi Važa Margelaşviliyə qalib gəlib. Cüdoçumuz 1/16 finalda Rusiya təmsilçisi Ramazan Abdullayevə uduzaraq mübarizəni dayandırıb.
Turan Bayramov isə ilk görüşündə Finlandiya təmsilçisi Saşa Luukasa məğlub olub.
52 kq çəki dərəcəsində çıxış edən Gültac Məmmədəliyeva isə ilk görüşündə İsrail təmsilçisi Gefen Primoya qalib gələrək 1/8 finala yüksəlib.
Qeyd edək ki, Azərbaycan komandasının aktivində hazırda bir medal var. Əhməd Yusifov (60 kq) mundialda bürünc medal qazanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.