AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Futbol matçına görə metroda hazırlıq görülüb

  • + A
  • - A
  • Bu gün, 11:09

    Futbol matçına görə metroda hazırlıq görülüb

    Oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Çempionlar Liqası qarşılaşması ilə əlaqədar Bakı metropolitenində sərnişinlərin rahat və təhlükəsiz daşınması üçün xüsusi tədbirlər görüləcək.

    Stadionun yaxınlığındakı “Koroğlu” stansiyasında əlavə işçi qüvvəsi cəlb ediləcək, sərnişin axınına nəzarət gücləndiriləcək.

    Bununla yanaşı, ehtiyat qatarlar xəttə çıxmağa hazır vəziyyətdə saxlanılacaq. Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkət qrafikində dəyişiklik nəzərdə tutulmayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR