Səudiyyə Ərəbistanı Azərbaycana 368 milyon dollar investisiya yatırıb
Səudiyyə Ərəbistanının dövlət və özəl şirkətlərinin Azərbaycan iqtisadiyyatına qoyduğu sərmayələrin ümumi həcmi 368 milyon dollardır.
Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının Milli Günü münasibətilə Bakıda təşkil olunmuş qəbulda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı qeyd edib ki, Azərbaycan üçün Səudiyyə Ərəbistanı ilə tikinti, infrastruktur, enerji, o cümlədən bərpa olunan enerji, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığı genişləndirmək vacibdir.
Öz növbəsində, Səudiyyə Ərəbistanının Azərbaycandakı müvəqqəti işlər vəkili Mamduh Əliyarb qeyd edib ki, Ər-Riyad Bakı ilə münasibətlərə xüsusi önəm verir:
“İki ölkənin rəsmi şəxslərinin qarşılıqlı səfərləri və bir çox mühüm sənədlərin imzalanması ikitərəfli münasibətlərin aydın göstəricisidir”.