Hərbçilərin maaşında artım gözlənilir

Azərbaycanda hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatı sistemində dəyişikliklərin edilməsi gözlənilir.
Bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat yayıb.
O bildirib ki, Azərbaycan Ordusunda maaş və pensiyaların beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində yeni islahat paketi hazırlanır.
Ə.Verdiyevin sözlərinə görə, yeni sistemdə hərbi qulluqçuların maaşları xidmət yerinin, xidmətin xüsusiyyətlərinin, şərtlərinin və ağırlıq dərəcəsinin nəzərə alınması ilə hesablanacaq.
Ekspert Müdafiə Nazirliyinin hərbçilərinin maaşlarının orta hesabla 25%-ə yaxın və daha çox artırılmasının nəzərdə tutulduğunu deyib.
“Baza maaşı olan vəzifə maaşı rütbə maaşı ilə əvəzlənir, maaşlarda rütbə maaşının həcmi isə 70%-ə qaldırılır. Müdafiə Nazirliyinin hərbçilərinin pensiya təminatı mexanizmi də təkmilləşir və tam rəqəmsallaşdırılır”, - deyə o qeyd edib.
Ə.Verdiyev dəyişikliklərin Vətən müharibəsinin növbəti ildönümü ərəfəsində həyata keçirilməsinin gözlənildiyini vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.