AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sentyabrın 1-dən maaşları artacaq şəxslər – SİYAHI

  • + A
  • - A
  • 22-08-2019, 15:50

    Sentyabrın 1-dən maaşları artacaq şəxslər – SİYAHI

    Sentyabr ayından etibarən vahid tarif cədvəli ilə əməkhaqqı alanların maaşları 40 faiz artacaq. Artım ümumilikdə 450 min insana şamil ediləcək.

    Prezident İlham Əliyevin minimum əməkhaqqı məbləğinin artırılması ilə bağlı sərəncamına əsasən yeni vahid tarif cədvəli müəyyənləşib. Cədvələ əsasən 1-ci kateqoriya üzrə minimum əməkhaqqı 250, 19-cu kateqoriya üzrə isə 906 manat müəyyənləşib.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmovun sözlərinə görə, bu artım 450 min insanı əhatə edəcək.

    Sentyabrın 1-dən maaşları artacaq dövlət və ya özəl qurumlarda işləyənlərin siyahısını təqdim edirik:

    Mərkəzi Seçki Komissiyası

    Sədr – 3060 manat, Sədrin müavini – 2845 manat, Katib – 2110 manat, Komissiya üzvü – 1920 manat.

    Bakı və Sumqayıt şəhərlərinin səhiyyə şöbələri

    Baş mühasiblərin maaşı 336 manatdan 470 manata, baş mühasibin müavininin maaşı 315 manatdan 440 manata, bölmə rəhbəri və qrup rəhbərinin maaşı 308 manatdan 430 manata, böyük mühasib və böyük iqtisadçının maaşı 303 manatdan 420 manata, aparıcı mühasib və aparıcı iqtisadçının maaşı 297 manatdan 410 manata, mühasib və iqtisadçının maaşı 292 manatdan 405 manata, böyük xəzinədar və kompüter üzrə mütəxəssisin maaşı 270 manatdan 375 manata, avtomobil sürücüsünün maaşı 210 manatdan 320 manata, xəzinədar, katibə və kompüter operatorunun maaşı 210 manatdan 295 manata, gözətçi, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyətin maaşı 180 manatdan 260 manata qaldırılıb.

    Dövlət Film Fondu

    Direktorun maaşı 798 manatdan 1110 manata, direktor müavininin maaşı 677 manatdan 945 manata, şöbə müdirinin maaşı 600 manatdan 835 manata, fondların baş mühafizəçisi, baş biblioqraf, baş redaktor və baş mütəxəssisin maaşı 523 manatdan 730 manata, aparıcı biblioqraf, aparıcı redaktor, aparıcı mütəxəssis və bərpaçı-rəssamın maaşı 495 manatdan 690 manata, arxivçi-biblioqraf, redaktor, fond üzrə elmi işçi və mütəxəssisin maaşı 484 manatdan 675 manata, avtomobil sürücüsünün maaşı 210 manatdan 320 manata, kinomexanik, katibə-kompüter operatoru və kompüter operatorunun maaşı 210 manatdan 295 manata, yanğınsöndürən, gözətçi, film daşıyıcısı, xidməti otaqları yığışdıran və dalandarın maaşı 180 manatdan 260 manata qaldırılıb.

    Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilər

    Ali kateqoriya üzrə aylıq vəzifə maaşları 220 manatdan 310 manata, 1-ci kateqoriya dövlət orqanlarında dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları 210 manatdan 295 manata, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları 200 manatdan 280 manata, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları 180 manatdan 260 manata qaldırılıb.

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti və Aparatıvə AMEA-nın Gəncə bölməsinin aparatının işçiləri

    AMEA prezidentinin maaşı 1837 manatdan 2570 manata, AMEA-nın 1-ci vitse-prezidentinin maaşı 1276 manatdan 1780 manata, AMEA-nın vitse-prezidenti, akademik katibinin maaşı 1177 manatdan 1645 manata, AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmələrin akademik katibləri, müşavirləri, AMEA-nın Gəncə bölməsinin akademik – katibinin maaşı 880 manatdan 1230 manata, idarə rəisinin maaşı 853 manatdan 1190 manata qaldırılıb.

    AMEA-nın Gəncə bölməsinin aparatında əsas şöbənin rəisi, işlər müdiri, idarə rəisinin müavininin maaşı 825 manatdan 1150 manata, idarənin tərkibində şöbənin rəisi, baş mühasib, əsas şöbənin rəisinin müavini, AMEA-nın elmi bölməsinin katibi, AMEA-nın Gəncə bölməsinin elmi katibi, AMEA-nın prezidentinin köməkçisinin maaşı 704 manatdan 980 manata, qeyri-əsas şöbənin rəisinin maaşı 517 manatdan 715 manata, qeyri-əsas şöbənin rəisinin müavini, AMEA-nın vitse-prezidentinin köməkçisinin maaşı 484 manatdan 675 manata, baş mütəxəssis, mülki müdafiə qərargahının rəisi, qaraj müdirinin maaşı 451 manatdan 630 manata, aparıcı mütəxəssisin maaşı 407 manatdan 570 manata, mütəxəssisin maaşı 374 manatdan 520 manata, arxiv müdiri, təsərrüfat müdirinin maaşı 275 manatdan 385 manata, avtomobil sürücüsünün maaşı 210 manatdan 320 manata, böyük arxivçi, böyük inspektorun maaşı 210 manatdan 310 manata, arxivçi, makinaçı, katibə-makinaçı, stenoqrafçı, kargüzar, xəzinədar, kadrlar üzrə inspektorun maaşı 195 manatdan 295 manata, texnik, komendant, laborantın maaşı 185 manatdan 270 manata, bağban, gözətçi, dülgər, rəngsaz, təmirçi-çilingər, qarderobçu, ocaqçı, yardımçı fəhlə, xidməti otaqları yığışdıran, kuryer və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyətin maaşı 180 manatdan 260 manata qaldırılıb.

    Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzi
    Sentyabrın 1-dən maaşları artacaq şəxslər – SİYAHI
    “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi
    Sentyabrın 1-dən maaşları artacaq şəxslər – SİYAHI
    Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi
    Sentyabrın 1-dən maaşları artacaq şəxslər – SİYAHI
    Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsi
    Sentyabrın 1-dən maaşları artacaq şəxslər – SİYAHI
    Qeyd edək ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının, Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.(baku ws)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR