“Azeri Light”ın qiyməti azalıb

Azərbaycan nefti 124,01 dollara satılır
Azərbaycanın “Azeri Light” markalı neftinin dünya bazarındakı qiyməti ucuzlaşıb.
Belə ki, neftin 1 barelinin qiyməti 0,75 dollar azalaraq 124,01 ABŞ dollarına düşüb. Qiymət 0,6% aşağı enib.
Bir gün əvvəl “Azeri Light”ın 1 bareli 124,76 dollara satılıb.
Xatırladaq ki, 2026-cı ilin dövlət büdcəsində Azərbaycan neftinin orta qiyməti 65 dollar hesablanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.