AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pensiyalara aylıq əlavələr kimlərə veriləcək?

  • + A
  • - A
  • Bu gün, 09:32

    Pensiyalara aylıq əlavələr kimlərə veriləcək?

    Azərbaycanda bəzi əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavə ödənilməsi nəzərdə tutulur. Bununla bağlı “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər Milli Məclisdə qəbul edilib və Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.
    Dəyişikliyə əsasən, əmək pensiyası yaşına çatmış və ya həmin yaşa qədər orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş müəyyən kateqoriyalara aylıq əlavə təyin olunacaq.
    Əlavələr, əsasən, azı 15 il qulluq stajı olan sabiq yüksək vəzifəli dövlət şəxslərinə, dövlət qulluqçularına, müəyyən staj tələbinə cavab verən sabiq deputatlara, Hesablama Palatası, ombudsman və seçki komissiyalarının sabiq üzvlərinə, diplomatik xidmət əməkdaşlarına və Müdafiə Nazirliyinin hərbi qulluqçularına şamil ediləcək.
    Əlavənin dəqiq məbləği hələ müəyyənləşməyib. Qanun qüvvəyə mindikdən sonra müvafiq fərmanla məbləğ və ödənişi həyata keçirəcək qurum müəyyən ediləcək. Ödənişlər dövlət büdcəsi hesabına həyata keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR