ASK Prezidenti İtaliya-Azərbaycan Ticarət Palatasının Məşvərət Şurasına üzv Seçildi
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev İtaliya-Azərbaycan Ticarət Palatasının Məşvərət Şurasına üzv seçilib.
Bununla bağlı İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidentinə rəsmi məktub göndərib.
“Ticarət Palatamızın Azərbaycan ilə İtaliya arasındakı iqtisadi, mədəni və dostluq əlaqələrini genişləndirməyə böyük töhfə verəcəyinə inanırıq”, – deyə vurğulayan xanım Traldi bu münasibətlə İdarə Heyəti adından Məmməd Musayevi təbrik edərək, Məşvərət Şurasının proqramı ilə bağlı məlumat verib.
Qeyd edək ki, 2021-ci ilin oktyabr ayında “Böyük İyirmilik” ölkələrinin (G20) növbəti sammiti İtaliyanın Roma şəhərində keçiriləcək. Bununla əlaqədar İtaliyadakı biznesə dəstək qurumları ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və həyata keçiriləcək tədbirlərdə ASK-nın iştirakı Azərbaycan iqtisadiyyatının inkişafı üçün böyük önəm daşıyır.
Xatırladaq ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası 1999-cu ildən fəaliyyət göstərir. Hazırda Konfederasiya 6 mindən çox sahibkarı, 42 asossasiyanı öz ətrafında birləşdirir. Həmçinin Azərbaycanın rayonlarda 41, xarici dövlətlərdə isə 20-dək nümayəndələri ilə təmsil olunurlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.