TƏCİLİ!!! Həyacan təbili çaldı: Devalvasiya olacaq
"Son aylar manatın dollara nəzərən məzənnəsində sabitlik hökm sürsə də, bu inzibati xarakter daşıyır. Əslində ötən aylarda dollara tələbat və onun satışı müntəzəm olaraq artır"
Bu sözləri iqtisadçı alim Qubad İbadoğlu deyib. Ekspert bildirib ki, manat yenə devalvasiyaya uğrayacaq:
"Manat yenə çətin durumdadır. Dövlət Neft Fondunun (DNF) son açıqlamasına görə, bu ilin iyununda DNF valyuta hərraclarında 373,2 milyon dollar satıb, halbuki aprel ayında bu göstərici 220 milyon, may ayında 250 milyon dollar olub. Göründüyü kimi, ötən ay ondan 2 ay əvvəllə müqayisdədə dollara tələbat 41 faiz, 1 ay əvvələ nisbətən isə 33 faiz artıb və valyuta bazarında bir o qədər də çox dollar satılıb. Bu isə o deməkdir ki, valyuta tələbat dinamikası müsbətdir və artım davam edəcək, nəticədə manat yenə də devalvasiya uğrayacaq. İqtisadiyyatın sadə tələb və təklif qanunu bu məntiqi sübut etmək üçün yetərlidir".