AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Moody’s” Beynəlxalq Bankın reytinqini yüksəltdi

  • + A
  • - A
  • 13-04-2021, 20:00

    “Moody’s” Beynəlxalq Bankın reytinqini yüksəltdi
    “Moody’s” Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxıb. Agentlik Bankın reytinq proqnozlarını yaxşılaşdıraraq Stabildən Pozitivə dəyişib.

    Bankın kredit ödəmə qabiliyyəti reytinqi də bir pillə yüksələrək b3-dən b2-də qərarlaşıb. Bankın uzunmüddətli depozit reytinqi isə B1 səviyyəsində saxlanıb. Bankın beynəlxalq reytinqləri ilə bağlı daha ətraflı məlumatları buradan əldə etmək olar.

    “Moody’s” analitiklərinin Bankın reytinq proqnozlarını pozitiv qiymətləndirməsi Azərbaycanın ölkə reytinqinin gələcəyinə pozitiv baxışlardan irəli gəlir.

    Kredit ödəmə qabiliyyəti reytinqinin bir pillə irəliləməsində isə Bankın yüksək gəlirliliyi və kapital adekvatlığı səviyyəsi mühüm rol oynayıb. Bu, Agentlik ekspertlərinin şərhində də xüsusi vurğulanır.

    Qeyd edilir ki, pandemiya şəraitinin iqtisadiyyat üçün yaratdığı çətinliklərə baxmayaraq Bank yüksək gəlirliliyini və kapital mövqeyini qoruya bilib.

    Bankın kapital adekvatlığı əmsalı hazırda tənzimləyicinin müəyyən etdiyi normadan bir neçə dəfə çox - 33.3% səviyyəsindədir. Bu da gələcəkdə yarana biləcək hər hansı risklərin qarşısının alınmasına imkan yaradır.

    Azərbaycan Beynəlxalq Bankının yerli və xarici valyutada qısamüddətli depozit reytinqinin B1 səviyyəsində olması da Bankın kredit qabiliyyətinin inkişafını əks etdirir. “Moody’s” Azərbaycan Beynəlxalq Bankının depozit reytinqinə hökumət dəstəyini də yüksək səviyyədə dəyərləndirir.

    Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin, rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR