“Kapital” bankın bakomatlarında manat müəamması – Soyğundan sonra…
Bir müddət öncə mediada Yasamal rayonu ərazisində yerləşən “Kapital” bankın bankomatının yarılması ilə bağlı xəbərlər yer almışdı.
İşə baxan Yasamal rayon 26-cı polis bölməsi bildirib ki, bankdan 174 min pul oğurlanıb. Hələ də bankı yaranın kimliyi məlum deyil.
Yaşanmış bu hadisədən sonra bir neçə vətəndaş gecə saatlarında Kapital bankın bankomatında pulların sıfırlandığı ilə bağlı şikayət ediblər.
Minval.info-ya bu barədə şikayət edən Yunis Kərimli adlı vətəndaş gecə təqribən 1-in yarısı Kapital bankın bankomatlarından pul çıxara bilmədiyini söyləyib: “Ötən gecə təqribən 1-in yarısı Nizami küçəsi və 28 may ərazisində yerləşən 7 bankomatdan pul çəkməyə çalışdım. Lakin heç birində adi xırda pul da olmadı”.
Oxşar şikayətlərin say onlarladır. Plastik kartı insanlar vacib anda istifadə etmək üçün alırlar. Bankomatlarda pulun müəyyən saatlarda olması isə ciddi problem yarada bilər.
Məsələ ilə bağlı “Kapital” bankın mətbuat xidmətinin katibi Pərviz Sədrəddinov münasibət bildirib. Bankomata pulun yüklənməsi və çıxarılmasının elektron qaydada həyata keçirilmədiyini söyləyən Pərviz bəy, “hər dəfə bizim işçilərimiz bu işi həyata keçirir və nəzərə alaq ki, bizim demək olar ki, Azərbaycanın hər bir bölgəsində bankomatlarımız var. Gecə saatlarından bütün bankomatlardan pulların çıxarılması isə fiziki olaraq mümkün deyil”- deyə bildirib.
“Təqaüdlər, hərbçilərin maaşı və digər sosial müavinətlər Kapital bank tərəfindən ödənir, ola bilsin, bankda pul bitə bilər. Şikayətçi olan vətəndaş da təsadüfən bankomata pulun bitdiyi vaxtda müraciət edib”- deyən Pərviz Sədrəddinov soyğun hadisəsi ilə bankda pulun sıfırlanmasının əlaqəsinin olmadığını da qeyd edib.