Neft ölkələri üçün yeni təhlükə? Proqnoz azaldı
Beynəlxalq Enerji Agentliyi (İEA) Çin və Hindistan daxil olmaqla, inkişaf etmiş ölkələrin istehlak proqnozlarını endirməsinin ardınca OPEC ehtiyacı olan neftlə bağlı proqnozunu azaldıb
Bu barədə “Bloomberg” xəbər yayıb. Məlumata görə, qlobal neft bazarları OPEC və müttəfiqlərinin tətbiq etdiyi hasilat azaltmaları ilə tarazılığa nail olub.
OPEC-in bu il gündəlik təxminən 32.6 milyon barel neftə ehtiyacı var. Bu rəqəm iyul ayındakı günlük 32.84 milyon barel proqnozdan azdır.
Qeyd olunur ki, neft istehsalının məhdudlaşdırması müqaviləsində iştirak edən ölkələrin razılaşmaya əməl edəcəkləri yönündə şübhələr artır.
Təşkilat 2017-ci il üçün gündəlik qlobal neft tələbini iyul proqnozu ilə müqayisədə 400 min barel azaldaraq 97,6 mln. barelə, 2018-ci il üçün də 400 min barel azaldaraq 99 mln. barelə endirib. (Cebhe.info)