Dollar “Trump” ilə düşür, qızıl bahalaşır
ABŞ-ın yeni Prezidenti Donald Trumpın 7 İslam ölkəsindən gələn köçü dayandırmaq barədə göstərişini, dünya liderləri və dünyanın ən böyük şirkətlərinin bəziləri tənqid edib. Bu vəziyyət, yeni ABŞ Prezidentindən qaynaqlana biləcək geosiyasi və beynəlxalq ticarət rikslərini daha kəskin bir şəkildə ön plana çıxardır.
“Marja”nın yazdığına görə, Trumpın bu əmri, Boston federal məhkəməsi tərəfindən dayandırılıb və hakim, şəhərdəki Logan Beynəlxalq Hava Limanındakı gömrük rəsmilərinə sözügedən ölkələrdən gələn viza sahiblərinə ölkəyə giriş icazəsi vermək göstərişi verib.
Dollar, investorların ABŞ Prezidenti Donald Trumpın bəzi qaçqınlara məhdudiyyət tətbiq etmək barədə verdiyi qərar və dünya liderlərinin reaksiyasından sonra ucuzlaıb.
ABŞ valyutasının 10 əhəmiyyətli pul qarşısındakı gedişini göstərən Bloomberg Dollar Spot İndeksi 0.3 faiz düşüb. Yen dollar qarşısında 0.6 faiz bahalaşaaq 114.43 səviyyəsinə qalxıb. İsveçrə frankı dollar qarşısında 0.3% dəyər qazanaraq 0.9966 səviyyəsinə çıxıb. Avro da dollar qarşısında 0.4% bahalaşıb. EUR/USD məzənnəsi 1.0734 səviyyəsinə qalxıb.