AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fərid Mahmudoğlu - “Yoxdur çara, gedirik. Görən hara gedirik?“

  • + A
  • - A
  • 8-07-2022, 21:34

    Fərid Mahmudoğlu - “Yoxdur çara, gedirik. Görən hara  gedirik?“

    Gedirik…

    Gəlib çatıb tuşuna,
    Qoşulmuşuq qoşuna.
    Tələsirik boşuna,
    Yoxdur çara, gedirik.
    Görən hara gedirik?

    Sual var, cavab yoxdu…
    Kimi ac,kimi toxdu.
    Ölən qalandan çoxdu,
    Namus ara gedirik.
    Yoxdan vara gedirik.

    Sirrlər var ömrümüzdə,
    Əhrimandan Hörmüzdə.
    Qaranlıqda, gündüzdə,
    Düz ilqara gedirik.
    Mütləq Nura gedirik.

    Həm şafiyəm,həm sufi,
    Təriqətim hürufi!
    Hənbəli, ya sələfi,
    Ora-bura gedirik.
    Boran-qara gedirik!

    Seyri-sülük dərvişəm,
    Uca Haqqdan gəlmişəm.
    Oturub dincəlmişəm.
    İndi hara gedirik?
    O diyara gedirik?

    Allah özü biləndi,
    Göz yaşını siləndi.
    Həyat ölüm iləndi,
    Görən, hara gedirik?
    Elə ora gedirik!




    Fərid Mahmudoğlu, 04.07.2022-ci il, Bakı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR