İki əməkdaş ölkənin – eyni yarası
Vətən müharibəsində Ermənistan üzərində qazandığımız parlaq Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yeni şanlı səhifə yazdı. Ölkəmizin dünya birliyindəki mövqeyini daha da möhkəmləndirdi, reytinqini yüksəltdi.
Azərbaycanla ərəb dövlətlərinin birliyi olan Ərəb Dövlətləri Liqası arasında da əməkdaşlıq əlaqələri mövcuddur. Hazırda liqa yeddi ölkə ilə, o cümlədən Azərbaycanla imzalanmış anlaşma memorandumları əsasında əməkdaşlıq edir. Anlaşma memorandumu 2005-ci ildə imzalanıb. 2014-cü ildə isə Ər-Riyadda Ərəb Dövlətləri Liqası, Orta Asiya və Azərbaycan Respublikası arasında əməkdaşlıq memorandumu imzalanıb.
44 günlük Vətən müharibəsinin möhtəşəm Qələbəsindən sonra ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin beynəlxalq tədbirlərdə, ölkələrə səfərlərdə qalib ölkənin Prezidenti kimi qarşılanması hər birimizdə böyük qürur hissi yaradır. Prezident İlham Əliyevin Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı bunu bir daha təstiqləyir. Noyabrın 1-də Prezident İlham Əliyev Əlcəzair Prezidentinin dəvəti ilə bu ölkədə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak edib. Bu dəvət Prezident İlham Əliyevə olan yüksək ehtiramın təcəssümüdür.
Möhtərəm Prezidentimiz bu dəvəti dostluq və qardaşlıq əlaməti hesab etmişvə çıxışında bildirmişdir.” İlk növbədə, mən Əlcəzair Prezidentinə və Ərəb Dövlətləri Liqasının Baş katibinə dəvətə görə dərin təşəkkürümü bildirmək istəyirəm. Bunu dostluq və qardaşlıq əlaməti hesab edirəm. Bu mötəbər Sammitdə iştirak etmək və ölkələrimiz arasında birliyi nümayiş etdirmək mənim üçün böyük şərəfdir.”
“Bu gün mən Sammitdə Qoşulmama Hərəkatının sədri kimi iştirak edirəm, lakin, eyni zamanda, bizim Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətlərimiz var. Əminəm ki, yaxın gələcəkdə də bizim əməkdaşlığımız genişlənəcək, yeni xarakter və yeni dinamika alacağıq.”
Səfər zamanı Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edərkən” Mücahidlər Muzeyini ziyarət edərkən mənə məlumat verildi ki, Fransanın işğalı zamanı fransızlar 5 milyondan çox mina basdırmışdı. Bu isə mənə bizim eyni ilə üzləşdiyimiz, hazırda əziyyət çəkdiyimiz işğal zamanı Ermənistan tərəfindən bir milyondan çox minanın basdırılmasını xatırlatdı. 2020-ci ilin noyabr ayında müharibə bitdikdən sonra minalar səbəbindən 260-dan çox azərbaycanlı həlak olmuş, yaxud ciddi yaralanmışdır. Biz bu işləri özümüz görürük. Biz torpaqlarımızı özümüz bərpa edəcəyik və artıq proses gedir. Biz Ərəb Dövlətləri Liqasının üzv dövlətlərindən olan qardaşlarımızdan yenə həmrəylik görürük, beynəlxalq təsisatlarda dəstək görürük və buna görə çox minnətdarıq. Ərəb Dövlətləri Liqasına qardaş ölkə Azərbaycanın Prezidenti, Qoşulmama Hərəkatının Sədri olaraq mən sizi bir daha əmin etmək istəyirəm ki, biz həmrəyliyimizi, birliyimizi daha da möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik.” qeyd etmişdir.
Əntiqə Tağıyeva - Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.