Ümummilider Heydər Əliyevin 12 dekabr anım günüdür.
12 dekabr ümummilli Lider Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı bu günü böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir.
Heydər Əliyev öz adını tarixə əbədi həkk etdirmiş dahi şəxsiyyətlərdəndir. Onun siyasi xadim kimi fəaliyyəti hər bir Azərbaycan vətəndaşının yaddaşında əbədi iz qoyub.
Tarixə nəzər salsaq, görərik ki, zaman-zaman hər bir xalqın həyatında onun xilaskarı mövcud olub. Həmin şəxs xalqın xilaskarına çevrilib. Heydər Əliyev də Azərbaycan xalqının xilaskarı kimi tarixin yaddaşında qalıb. Çünki Heydər Əliyev öz qətiyyəti ilə mənsub olduğu xalqı ardınca aparmağı bacaran şəxsiyyətlərdəndir.
Ulu Öndər Heydər Əliyev tarixə parlaq zəka sahibi, xalqının yükünü çiynində gəzdirə bilən böyük şəxsiyyət, qeyi-adi zəka sahibi kimi düşmüşdür.
Heydər Əliyevin keçdiyi ömür yolu böyük bir siyasi məktəbdir. Hansı ki yüksək insani-əxlaqi keyfiyyətləri özündə birləşdirməyi bacarmışdır.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illər xüsusi olaraq vurğukanır və öyrənilir. Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illər ölkəmizin intibah dövrü, milli oyanış, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.
Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbər kimi qayıdışı xalqın ona olan inamından irəli gəlmişdir. Xalq öz liderini özü seçməyi bacaracaq gücdə idi. Buna kimsə mane ola bilməzdi. Bu qayıdış “Böyük qayıdış” idi.
Ulu Öndərin xalqına göstərdiyi diqqət və qayğı yerində və düzgün imzaladığı fərman və sərəncamlar, keçirdiyi görüşlər, söylədiyi məzmunlu nitqlər onu xalqın gözündə daha da ucaldırdı. Heydər Əliyev gördüyü hər bir işi, atdığı hər bir addımı zərgər dəqiqliyi ilə həyata keçirirdi.
Heydər Əliyevin ürəyi xalqı ilə birlikdə döyünürdü. O, xalqına qarşı törədilən cinayətlərə göz yunmağı bacarmırdı. Hər zaman fikrini söyləməkdən çəkinməyən Ulu Öndər elə 1990- cı ilin 20 yanvarında da Bakıda törədilən qırğına da səssiz qalmadı. Həmən dövürdə Moskvada yaşayan dahi şəxsiyyət Sovet qoşunlarının törətdiyi qanlı faciəyə etinasız yanaşa bilməzdi. Həmin günün səhəri Ulu Öndər Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bəyanatla çıxış etmişdir.
Heydər Əliyev xalqın təkidi ilə Bakıya qayıdaraq hakimiyyət başına keçir. 1993-cü il oktyabrın 3-də ümum xalq səsverməsi nəticəsində Azərbaycan respublikasının prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycana Prezident seçildi.
Bu gün Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı var. Bu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir.
İlham Əliyev dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini sübuta yetirmişdi. Azərbaycanın haqq səsini bütün dünyaya yaymağı bacaran İlham Əliyev bütün təziqlərə cəsarətlə sinə gərdi.
İlham Əliyev Dahi Öndərin əmanət qoyub getdiyi hər bir şeyə sahib çıxmağı bacardı. Ruhun şad olsun, Ulu Öndər. Sənin əmanət qoyduğun Azərbaycan dövləti bu gün əmin əllərdədir.
Ş.Xəlilova
S.Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.