Cənab Prezidentin Macarıstana səfəri
Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri və Macarıstanla Azərbaycan arasında “Genişləndirilmiş strateji tərəfdaşlıq münasibətləri haqqında Birgə Bəyannamə”nin imzalanması ikitərəfli münasibətlərimizin keyfiyyətcə yeni mərhələyə daxil olmasını şərtləndirdi.
Bu səfər çərçivəsində imzalanmış sənədlər, xüsusilə də “Genişləndirilmiş strateji tərəfdaşlıq münasibətləri haqqında Birgə Bəyannamə” ilə Azərbaycanla Macarıstanın strateji tərəfdaşlıq münasibətləri daha da genişləndi və demək olar bütün sahələri əhatə etməyə hüquqi zəmin yaratdı. Bu sənədin imzalanması ilə Avropa İttifaqı və NATO üzvü olan Macarıstanla münasibətlərimiz tamamilə keyfiyyətcə yeni məzmun kəsb etməyə başlayacaq.
Hər iki dövlətin liderlərinin-həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm Macarıstan baş naziri Vktor Orbanın mətbuat üçün bəyanatlarında da qeyd olunduğu kimi bizim enerji sahəsində əlaqələrimiz çox sürətlə inkişaf edir: “Bu gün Azərbaycan Avropanın enerji ilə təminatında çox mühüm rol oyanyır. Rusiya-Ukrayna müharibəsi bu rolu daha da gücləndirmiş oldu. Azərbaycana Avropa İttifaqında yeni alternativ enerj mənbəyi kimi baxırlar. Azərbaycan Avropa İttifaqının hər bir dövləti üçün arzuolunan dövlətdir. Macarıstanla isə münasibətlərimizin tarixi kökləri var. Eyni zamanda hər iki dövləti liderlərinin dostluq əlaqələri bağlayır. Viktor Orban qeyd etdi ki, Azərbaycan Prezidentinin idarəçilik təcrübəsindən çox şey öyrənir.
Cənab Prezidentin vurğuladığı kimi, bizi Macarıstanla təkcə enerji sahəsində əməkdaşlıq birləşdirmir, digər sahələrdə əməkdaşlığımız mövcuddur və əməkdaşlığın yaxşı potensialı var. Bu gün hər iki dövlətin münasibətləri təkcə ikitərəfli formatla məhdudlaşmır. Beynəlxalq səviyyədə də biz bir-birimizin mövqeyini müdafiə edirik. Xüsusilə Türkd Dövlətləri Təşkilatları çərçivəsində Azərbaycan-Macarıstan münasibətləri sürətlə inkişaf edir”.
Prezident İlham Əliyevin və birinci vitse-Prezident Mehriban xanım Əliyevanın Macarıstan səfəri bir daha nümayiş etdirdi ki, Azərbaycana Avropa qitəsində böyük etimad var, böyük diqqət var. Azərbaycan Prezidenti İlham Əliyevi həm mahir diplomat kimi, həm də nəhəng dövlət xadimi kimi qiymətlədirirlər. Macarıstan səfərinin nöbəti dədə ortaya çıxardığı gerçəklik budur”.
Masallı rayon Ərkivan qəsəbəsinin ağasaqallı
Tağıyev Mirəli Baba oğlu
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.