AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əntiqə Tağıyeva - “Azərbaycanla-Rumıniya arasında münasibətlərin əsası hələ Orta əsrlərdə qoyulub” - ÖZƏL

  • + A
  • - A
  • 8-02-2023, 00:41

    Əntiqə Tağıyeva - “Azərbaycanla-Rumıniya arasında münasibətlərin əsası hələ Orta əsrlərdə qoyulub” - ÖZƏL




    Azərbaycanla-Rumıniya arasında münasibətlərin əsası hələ Orta əsrlərdə qoyulub. Tarixin müxtəlif çağlarında inkişaf edən bu əlaqələr hər iki ölkənin müstəqilliyə qovuşmasından sonra daha yeni mərhələyə yüksəlib və inkişaf edib.
    Rumıniya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 11-də tanıyıb. 1995-ci ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rumıniyaya rəsmi səfər edib. Ulu öndər Heydər Əliyevin Rumıniyaya səfəri zamanı Azərbaycan və Rumıniya arasında dostluq və əməkdaşlıq münasibətləri haqqında Bəyannamə, eləcə də elm, təhsil, mədəniyyət və idman, həmçinin iqtisadi və elmi - texniki əməkdaşlıq haqqında sazişlər imzalanıb. Bu dostluğu Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Möhtərəm Prezident cənab İlham Əliyev uğurla davam etdirir.
    2004-cü ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev Rumıniyaya rəsmi səfər edib. Görüşlər zamanı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin perspektivləri, regional əməkdaşlıq, beynəlxalq məsələlər ətrafında geniş müzakirələr aparılıb. Səfər zamanı iki ölkə arasında 11 sənəd imzalanıb. 2009-cu il sentyabrın 28-də Buxarestdə iki ölkə prezidentləri tərəfindən "Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın qurulması haqqında Bəyannamə" imzalandı. Ötən illər ərzində Azərbaycan və Rumıniya arasında 61 sənəd imzalanıb. Bu bağlanan sənədlər birdaha əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb.İki ölkə arasında mədəni əlaqələr getdikcə daha da genişlənir. Bakıda "Azərbaycan - Rumıniya dostluq cəmiyyəti", Buxarestdə isə "Rom-Azer" Rumıniya-Azərbaycan dostluq cəmiyyəti fəaliyyət göstərir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Bunu dəyərləndirən digər Avropa ölkələri kimi Rumıniya da Azərbaycanı regionda əsas tərəfdaş ölkə hesab edir.Rumıniya-Azərbaycan iqtisadi münasibətləri bütün sahələrdə özünü göstərir belə ki, enerji, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm və digər sahələrdə Azərbaycan-Rumıniya əməkdaşlığı ildən-ilə genişlənməkdədir.

    Müstəqilliyin ilk illərindən Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. ARDNŞ Rumıniyada "SOCAR" brendi ilə fəaliyyət göstərən 16 yanacaqdoldurma məntəqəsi açılıb. İki ölkə arasında fəaliyyət göstərən Müştərək Komissiya əməkdaşlığın gücləndirilməsinə etibarlı zəmin yaradıb. 2022-ci ilin iyunun 23-də Bakıda Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın altıncı iclası keçirilib. Cari ilin fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana rəsmi səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu, yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb, hər iki ölkənin müvafiq qurumları arasında sıx əməkdaşlığın həyata keçirildiyi bildirilib.
    Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis mətbuata bəyanatında bildirib:”Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Yəni, SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır.
    İndi isə bizim əməkdaşlığımız yeni mərhələyə çıxır. Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir.
    Biz isə iki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik. Bunu Avropa İttifaqına rəhbərlik edən şəxslər qeyd edirlər. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bunu bir daha göstərir. Biz öz qaz ixracatımızı sürətlə artırırıq və ilk növbədə, Avropa məkanına.”
    Bu olunan səfər və səfər zamanı keçirilən görüşlər ölkələrimiz arasındakı mövcud dostluq və əməkdaşlıq əlaqələrinin birgə səylər nəticəsində bundan sonra da yüksələn xətt üzrə inkişaf etdiriləcəyinin bariz nümunəsidir.

    Əntiqə Tağıyeva - Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR