Ölkənin elektrik enerjisi ilə təmin olunmasında Mingəçevir Elektrik Stansiyasının rolu -
İstər ötən əsrin 80-ci illərində,istərsə də bu gün Cənubi Qafqazın ən böyük istilik-elektrik stansiyası, gücü 2400 MVt olan 8 enerji blokundan ibarət, kritik parametrdən də yüksək parametrlərdə işləmək imkanına malik “Azərbaycan” İES istismara buraxılmışdır.
Ölkənin elektrik enerjisini sütununu təşkil edən bu stansiya indi də müstəqil dövlətimizin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rola malikdir. Bu stansiyanın istismara verilməsi ilə elektrik enerjisi sistemində başlanan inkişaf və tərəqqi prosesi nəticəsində respublikamız sonralar özünün müstəqil, dayanıqlı enerji sistemini formalaşdıra bilmişdir.
Ümumilikdə isə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizin elektrik enerjisi ilə təminatı problemi öz həllini tapmışdır. Bu illərdə Azərbaycanın bütün yaşayış məntəqələrinə, o cümlədən hər bir evə elektrik xətti çəkilmişdir.
Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində vaxtilə tikilib istifadəyə verilmiş “Azərbaycan” İES olmasaydı, ölkəmizin enerji təchizatında ciddi problemlər yaşana bilərdi.
Qüdrətli Azərbaycanı o illərdə qurub yaradan, ölkəni bütün sahələr üzrə kənar asılılıqlardan çıxararaq dövlət müstəqilliyi üçün zəruri əsasları formalaşdıran ulu öndərin enerji sektoruna diqqət və qayğısının əsl səbəbləri Azərbaycan müstəqilliyə qovuşduqdan sonra daha aydın, dolğun şəkildə duyuldu. 1993-cü ildə xalqın istəyi və təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər iqtisadiyyatın bütün sahələrinə, o cümlədən elektrik enerjisi sisteminə də xüsusi diqqət göstərdi. Həmin dövrdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, elektrik energetika sistemində də böyük böhran vəziyyəti yaranmışdı. Ümummilli lider elektrik enerjisi sisteminin böhrandan çıxarılması, onun maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi üçün məqsədyönlü, irimiqyaslı tədbirlər həyata keçirdi. Güclü dövlətlər ilə qarşılıqlı faydalı əlaqələr qurulmasına yönəldilmiş strateji xətt elektrik enerjisi sisteminə də xarici sərmayələr cəlb olunmasına imkan yaratdı və bu imkanlardan Azərbaycanın enerji sisteminin mövcud potensialının səmərəliyinin artırılmasında, elektroenergetika təsərrüfatının yenidən qurulmasında və yeni güclərin yaradılmasında hal-hazırda da məqsədyönlü şəkildə istifadə olunur.
Bu gün də Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının təməlinin qoyulmuşdur .
Anar Məmmədov - Masallı rayon sakini
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.