Realme yeni smartfon modelini – Realme Neo 7 SE-ni təqdim etməyə hazırlaşır. 3C və ENAA sertifikat platformalarının məlumat bazasından əldə edilən məlumata görə, cihaz təsirli 7000 mAh batareya və 80 Vt sürətli enerji doldurma dəstəyi alacaq. Bu barədə GizmoChina nəşri məlumat yayıb.
Realme Neo 7 SE, Çin bazarında Redmi Turbo 4 ilə rəqabət aparmağa imkan verən Dimensity 8400-Max prosessorunda işləyəcək. Smartfonun 120Hz yeniləmə tezliyinə malik 1.5K OLED displey, 16GB-a qədər LPDDR5x RAM və 512GB-a qədər UFS 4.0 daxili yaddaşa sahib olacağı gözlənilir. Cihaz Android 15-də Realme UI 6 ilə işləyəcək.
Neo 7 SE-nin foto və video imkanları 50 meqapiksellik Sony IMX882 əsas kamera, 8 meqapiksellik ultra geniş bucaqlı obyektiv və 16 meqapiksellik ön kamera ilə təmsil olunacaq. Biometrik autentifikasiya üçün ekrana quraşdırılmış optik barmaq izi skaneri istifadə olunacaq.
Realme Neo 7 SE-nin Çində Çin Yeni ili qeyd etmələrindən sonra buraxılması gözlənilir. Çindən kənarda smartfonun başqa adla, məsələn, Realme GT 7T ilə satılacağı ehtimalı var, lakin bu məlumat hələlik təsdiqini tapmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.