AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanlı məktəblilər ilk dəfə “SpaceX” raketi ilə orbitə peyk buraxacaqlar

  • + A
  • - A
  • Dünən, 23:29

    Azərbaycanlı məktəblilər ilk dəfə “SpaceX” raketi ilə orbitə peyk buraxacaqlar


    2025-ci ildə bizim məktəblilərimiz “SpaceX” daşıyıcı raketi vasitəsilə “PocketQube” piko-peykini kosmik orbitə buraxacaqlar!

    Bu layihə Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Təhsil İnstitutu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Paşa Holdinq”, Braziliya Kosmik Agentliyi və Braziliyanın “IDEIA Space” şirkətinin dəstəyi ilə keçirilən “Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi” çərçivəsində baş tutacaq.

    Bu layihələr gəncləri məktəb yaşlarından yerli və beynəlxalq səviyyədə yeni əməkdaşlıq qurmağa, praktiki tətbiqlər vasitəsilə nəzəri biliklərini mürəkkəb layihələrdə tətbiq etməyə təşviq edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR