AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Wildberries öz messencerini istifadəyə verdi

  • + A
  • - A
  • Bu gün, 16:39

    Wildberries öz messencerini istifadəyə verdi


    Rusiyanın “Wildberries & Russ” şirkəti özünün WB Chat adlı messencerini istifadəyə verib.

    Şirkətin mətbuat xidmətindən bildirilib ki, yeni messencer hazırda beta-test rejimində fəaliyyət göstərir. Tətbiqə WB ID vasitəsilə qeydiyyatdan keçməklə daxil olmaq mümkündür.

    Məlumata görə, WB Chat ilkin mərhələdə alış-verişlə bağlı məsələlərin müzakirəsi üçün əsas funksiyalarla təqdim olunub. Gələcəkdə istifadəçilərin platforma üzərindən brendlər və satıcılarla birbaşa əlaqə saxlaması, həmçinin “Wildberries”in müxtəlif xidmətlərindən istifadə etməsi planlaşdırılır.

    Yeni messencerdə şəxsi yazışmalar, qrup çatları və kanallar yaratmaq, foto və video materialları göndərmək, eləcə də status paylaşmaq imkanları mövcuddur.

    WB Chat artıq “App Store”, “Google Play” və “RuStore” tətbiq mağazalarında yükləmək üçün əlçatandır.

    Şirkətin təqdim etdiyi məlumata əsasən, yeni platforma yalnız alış-veriş prosesində ünsiyyət vasitəsi kimi deyil, gələcəkdə istifadəçilərin dostları, ailə üzvləri və həmkarları ilə gündəlik yazışmaları üçün də istifadə oluna biləcək.

    “Wildberries & Russ” WB Chat-ın funksiyalarının mərhələli şəkildə genişləndiriləcəyini açıqlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR