AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mənim kimi axmaq olmayın” dedi və səhəri koronavirusdan öldü - FOTO

  • + A
  • - A
  • 5-07-2020, 11:00

    Mənim kimi axmaq olmayın” dedi və səhəri koronavirusdan öldü - FOTO

    ABŞ-ın Kaliforniya ştatının sakini “Facebook”da qorxulu ismarıc yazıb, səhəri isə koronavirusdan ölüb.

    Onun hekayəsini “BuzzFeed News” yayımlayıb.

    “Bu zarafat deyil. Küçəyə çıxırsınızsa maska taxın və sosial məsafəni qoruyun. Mənim kimi lənətə gəlmiş axmaq olmayın”, - deyə 51 yaşlı Tomas Masias özünün sosial şəbəkədəki hesabından yazmışdı.

    Yaxın qohumunun sözlərinə görə, karantin müddətində Masias bütün tələbləri yerinə yetirib. Maska taxıb, məsafə gözləyib, insanların cəmləşdiyi yerlərdən qaçıb. Ancaq məhdudiyyətlər aradan götürüldükdən sonra o, dostları ilə açıq havada əylənməyə gedib, burada da koronavirusa yoluxub.

    “Axmaqlıq edərək anamı, bacımı və digər ailə üzvlərimi təhlükəyə atdım. Bu ağır təcrübə oldu. Ümidvaram ki, sağalaram. Hamınızı sevirəm”, - deyə o, ismarıcında əlavə edib.

    Ancaq Masias qorxunc xəstəlikdən bir daha ayağa qalxa bilmədi və ismarıc yazdığının səhəri günü COVID-19-un yaratdığı ağırlaşmadan dünyasını dəyişdi.

    Mənim kimi axmaq olmayın” dedi və səhəri koronavirusdan öldü - FOTO
    Mənim kimi axmaq olmayın” dedi və səhəri koronavirusdan öldü - FOTO
    Mənim kimi axmaq olmayın” dedi və səhəri koronavirusdan öldü - FOTO


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR