İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 109 nəfər vəfat edib.
Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 10239 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2628 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 217724 nəfərə çatıb.
İndiyədək xəstəlikdən 17785 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 2912 nəfərin vəziyyəti ağır və ya orta ağırdır./apa/
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.