Türkiyədə koronavirus pandemiyası ilə birgə həyatın bir çox sahələrində geniş yayılmış “barkod” sistemi qəbir daşlarına tətbiq edilib.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, qəbir daşı üzərindəki “barkod”u skan etməklə vəfat edənin şəxsi məlumatları bir neçə saniyəyə smartfonun ekranına gəlir. Beləliklə, yaxınları qəbir daşı üzərindəki “barkod”u skan etməklə mərhumla olan xoş xatirələrini, mərhumun CV, video, foto, şeir, dualar və digər məlumatları telefonun ekranından izləyə bilir.
Qeyd edək ki, yeni sistemi Türkiyənin Antalyadakı bir məzar baxım və inşaat şirkəti sahibi Mehmet Çetin təklif edilməyə başlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.