Lütfi Zadənin vəfatından 350 gün ötür – Məzar daşı quraşdırılacaqmı? – Açıqlama
Sentyabr ayının 6-sı azərbaycanlı alim, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfəli Rəhim oğlu Əsgərzadənin ölümündən bir il ötəcək.
Bizimyol.info-nun verdiyi məlumata görə, buna rəğmən hələ də ona məzarüstü abidə qoyulmayıb. Məsələ ilə bağlı Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin əhaliyə vətəndaşlıq xidməti trestinin baş mühəndisi Sabir Həsənov ilə əlaqə saxladıq. S. Həsənov bu barədə onlara heç bir tapşırıq verilmədiyini bildirdi:
“ Sentyabra olacağı deyilmişdi. Amma hələ ki, bununla bağlı bizə heç bir tapşırıq verilməyib. Ailəsi də Amerikadadır. Yəqin ki, sentyabr ayının 1-nə qədər həll edərik”.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev isə qeyd etdi ki, bu azərbaycanın dahi, hörmətli aliminə qarşı düz münasibət deyil:
“Lütfi Zadənin məzarının götürülməməsinin 2 səbəbi ola bilər: Ya dövlət onun il mərasimi üçün hansısa bir tədbir planı hazırlayıb, yaxud da Lütfi Zadənin qəbrinin götürülməsi orada oturan şəxslərin marağında deyil. Burada 3-cü səbəb ola bilməz. Hesab edirəm ki, bu Azərbaycanın dahi, hörmətli aliminə qarşı düz münasibət deyil. Onun qəbir abidəsinin götürülməməsi göstərir ki, bu kimlərinsə marağında deyil.
Onun ailəsi və oğlu da bu məsələyə biganədir. Hətta Lütfi Zadənin oğlu atasının yasına gəlmədi, qızı əlaqə saxlamadı. Onun öz övladları Azərbaycanı doğma vətənləri olaraq qəbul etmirlər. Yəqin ki, atalarının qəbrinin Azərbaycana gətirilməsini də istəmirlər. Bu bir daha göstərir ki, dünya dahisi, Azərbaycanlımız həyatda necə tək idisə, orada da tək qalacaq.”