Dünyada qadınların girməsinin qadağa olduğu bir ərazi var. Bura Aynoroz adası adlanır. Yalnız monastr işçilərinin yaşadığı Athos dağı ərazisinə 1045-ci ildən bu yana bir qadın da giməyib.
İllərdir qadınların girmədiyi ada…Halkidiki 3 yarımadadan ibarətdir. Kassandra adası daha turistik və məskunlaşma cəhətdən daha sıxdır. Sithonia yarımadası isə gizli kəndlərin, yunanların bağ evlərinin olduğu bölgədir. Athos isə Halkidiki yarımadasının ən şərqində olub Aralıq dənizinə tərəf uzanır. Athos dağına ərazisinə qadınların hətta dişi heyvanların girişi qadağandır.
Halkidiki yarımadasındakı Athos dağı siyasi cəhətdən Yunanistan xarici işlər nazirliyinə, dini tərəfdən isə İstanbuldakı Fənər Rum Patrikhanəsinə aiddir.
"Keşişlər Diyarı" olaraq adlanan bu ərazidə 17 Yunan, 1 Rus, 1 Serb, 1 Bolgar olmaq üzrə 20 monastr var. Əhalisi 2 min 500 nəfərdir.
Rahiblər, keşişlər və papazlar bu monastrlarda komunal bir həyat yaşayırlar.
Səhər saatlarında günə başlayıb, səhər dualarının elədikdən sora hər biri özlərinə aid işi görmək üçün davam edərlər.
Özlərini dinə həsr edən keşişlər Allahın təbiətə aid hər şeyi insanlara verdiyini, insanların isə insanlığı və təbiəti yox etdiyini düşünürlər.
Günlük ziyarətçi sayı 100 kişidən ibarətdir
Qadınların və dişi heyvanların belə girməsinin qadağa olduğu bu əraziyə 100-dən artıq kişinin də girməsi qadağandır.
Quruyolu ilə bura gəlmək mümkün deyil, gəmilərlə bura gəlirlər.
Monastr tərəfdən ən çox 4 gün qalınmasına icazə verilən Athos dağının dünyada tayı-bərabəri yoxdur.
1988 ci ildə UNESCO Dünya Sərvəti siyahısına daxil olan Athos dağı ən müqəddəs bölgə olmaq ilə yanaşı sirli havasıyla da insanda maraq oyandırır.
Aynorozu fərqli edən əsas cəhəti yarımadanın nəhəng monastr olaraq sayılması və qadınlara qadağa olunmasıdır. Qadınlara girişin qadağan olunmasının Ortodoks ənənələriylə bağlı bir səbəbi də var.
Rəvayətə görə Əzizə Məryəm Kiprə gedmək istiyərkən gəminin yoldan çıxması səbəbi ilə Aynoroz sahilinə gəlib. Adanı elə çox sevib ki, oğluna dua edərək adanın ona verilməsini istəyib. Oğlu İsa Mesih isə bunu qəbul edib. Aynoroz bugün də "Tanrının Anasının bağçası" olaraq adlanır.
Vəsilə Məmmədova,
Sabunçi rayon Mərkəzləşmiş Kitabxana Sisteminin 12 saylı filialın müdirəsi