AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səudiyyə Ərəbistanında qadınların xaricə səyahət etməsi üçün məhdudiyyətlər aradan qaldırılıb

  • + A
  • - A
  • 2-08-2019, 10:43

    Səudiyyə Ərəbistanında qadınların xaricə səyahət etməsi üçün məhdudiyyətlər aradan qaldırılıb

    Səudiyyə Ərəbistanı hakimiyyəti qadınların xarici ölkəyə getməsini sadələşdirən və qadınların həddi-buluğa çatmamış uşaqlara himayədar olmağa icazə verən bir sıra qanunlara dəyişiklikləri qəbul edib.

    AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, qanuna yeni dəyişikliklər əsasında 21 yaşına çatmış qadınlar kişi himayədarının (həyat yoldaşı və yaxud kişi cinsindən olan yaxın qohumlarının) razılığı olmadan xaricə getməyə icazə verilir. Səudiyyə Ərəbistanı hakimiyyətinin bəzi qanunlara dəyişikliklər edilməsi çərçivəsində həmçinin qadınlara onlara cavabdeh kişi cinsindən olan ailə üzvlərinin razılığı olmadan xarici pasport almaq üçün sənəd vermək və pasport almaq hüququ verilir. Qanunun yeni redaksiyasında qeyd olunur ki, xarici pasportun alınması üçün müraciət edən hər bir Səudiyyə Ərəbistanı vətəndaşı qanun aktına uyğun olaraq pasport alacaq.

    Bundan əlavə qadınlar ilk dəfə olaraq yeni doğulmuş uşaqları qeydiyyatdan keçirmək və həddi buluğa çatmamış uşaqların himayədarı olmaq hüququ qazanıb. Bundan əvvəl uşaq doğularkən qadınların ya həyat yoldaşları, ya da 18 yaşına çatmış kişi qohumları uşağın doğulması barədə dövlət orqanlarına müraciət edə bilərdilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR