Keçmiş SSRİ respublikalarında istifadə olunan aşağıdakı dərmanlar xaricdə nəinki istifadə olunmur, hətta qadağandır.
-
AktoveginPreparat iribuynuzlu heyvanların qan və toxumalar əsasında hazırlanır, bəzi beyin xəstəlikləri, yara, yanıq və trofiki xoraların müalicəsində istifadə olunur. ABŞ, Kanada, Qərbi Avropa, Avstraliya və bəzi digər ölkələrdə qadağandır.
-
ArbidolRusiya və həmçinin digər keçmiş SSRİ respublikalarında (və o cümlədən Azərbaycanda) çox geniş istifadə olunan virus əleyhinə preparatdır. Koronavirus pandemiyası zamanı həkimlər tərəfindən xəstələrə tez-tez təyin olunurdu. Lakin Qərbi Avropada və bir çox digər ölkələrdə bu preparatın effektivliyinə inannmırlar və xəstələrə təyin etmirlər. ABŞ-da isə arbidol ümumiyyətlə dərman kimi qeydiyyatdan keçməyib.
-
RiboksinÜrək xəstəlikləri, infarkt, qaraciyər sirrozu, mədə xorası zamanı istifadə olunur. ABŞ-da bu dərmanın istifadəsi qadağandır.
-
MeksidolRusiya, Belarusiya və bir neçə keçmiş sovet respublikasında qeydiyyatdan keçib. Effektivliyi tibdə sübut olunmayıb.
-
AnaferonQripp, kəskin respirator-virus xəstəlikləri zamanı istifadə olunur. Effektivliyi sübut olunmayıb.
-
KorvalolTərkibinə psixotrop maddə olan fenobarbital daxildir. Bu səbəbdən ABŞ və bəzi Avropa ölkələrində qadağandır.
-
KaqoselVirus əleyhinə preparatdır. Effektivliyi sübut olunmayıb. Qərbi Avropa və ABŞ-da istifadə olunmur.
- AnalginPostsovet məkanında və o cümlədən Azərbaycanda ağrıkəsici kimi geniş istifadə olunur. Lakin bu preparatın çox ciddi yanaşı təsiri var. Analgin qanın tərkibinə mənfi təsir edir, leykositlərin səviyyəsini aşağı salır. Bu səbəbdən bir çox xarici ölkələrdə analgin qadağandır.
- SitramonRusiya və bəzi postsovet ölkələrindəndən başqa heç yerdə istifadə olunmur.
Sağlamolun.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.