AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

APTEKLƏRDƏ SAXTA DƏRMANLAR TÜĞYAN EDİR

  • + A
  • - A
  • 26-01-2018, 11:37

    APTEKLƏRDƏ SAXTA DƏRMANLAR TÜĞYAN EDİR

























    Bu həblər insanlara ən yaxşı halda heç bir təsir göstərmir, pis halda isə hətta öldürə bilir. Azərbaycanda saxta dərmanların satışda olması heç kimə sirr deyil. Biz də dərmanların saxta və ya orijinal olduğunu araşdırmaq üçün bir neçə aptekə baş çəkdik. Təbii ki, heç bir aptek sahibi saxta dərmanlar satdığını deməz. Nərimanov rayonunda yerləşən aptekə daxil olduqda burada bir alıcının hansısa iynənin qiymətindən narazı qaldığını müşahidə etdik. Bu zaman aptekçi heç vaxt itirmədən həmin iynənin ucuzunun da olduğunu dedi. Alıcı fərqini soruşduqda isə aptekçi ucuzunun Almaniya istehsalı olmadığını dedi. Buradan da göründüyü kimi hər bir dərmanın iki versiyası var: keyfiyyətli baha, keyfiyyətsiz, saxta ucuz.
    Metronun “Neftçilər” stansiyası yaxınlığındakı aptekdə isə ən ucuz baş ağrıkəsici dərmanının qiyməti 10 qəpik idi. Ümumdünya Səhiyyə Təşkilatının rəsmi açıqlamalarına görə, saxta dərman preparatlarının 42 faizi antibiotiklər, 18 faizi psixotrop maddələr, yerdə qalanı isə müalicəvi kosmetika və bioloji fəal əlavələrin payına düşür.
    Adil QeybullaTibb elmləri doktoru, professor Adil Qeybulla keçmiş SSRİ məkanından olan ölkələrin apteklərində sistemsizliyin sürdüyünü dedi: “İstər Rusiyada, istərsə də digər MDB dövlətlərinin əksəriyyətində sistemsizlik hökm sürür. Baltikyanı ölkələri çıxmaq şərti ilə. Çünki burada xeyli məsələlər nizama salınıb. Məsələn, antibiotiki həkim təyinatı olmadan aptekdən ala bilməzlər. Nəinki antibiotikləri, bir sıra dərmanlar var ki, onlar da həkim resepti olmadan verilə bilməz. Ancaq bizim apteklərdə həkim kağızı olmadan, aptekdə işləyən əczaçının məsləhəti ilə dərman alanlar kifayət qədərdir. Bu da Azərbaycanın dərman bazarında olan qanunsuzluğun növləridir ki, bu, apteklərdə, depolarda, ölkəyə dərman idxalı zamanı da davam edir. Dərman həkim resepti əsasında konkret təyinat üzrə buraxılmalıdır. Bəzən dərmanlar firmalar və həkimlər arasında olan münasibətlərin fonunda da xəstəyə lazım oldu-olmadı, keyfiyyətli oldu-olmadı, satılır. Bu cür korporativ və şəxsi maraqlar vətəndaşın və xəstənin ziyanına işləyir”.
    Son zamanlar əhalinin çox geniş istifadə etdiyi əsəb sakitləşdirici və depressiya əleyhinə dərmanların tərkibi ilə də bağlı müxtəlif fikirlər səslənir. Bir sıra ekspertlər bu dərmanların tərkibində narkotikin olduğunu bildirsələr də, bəzi həkimlər bunu təkzib edirlər. A.Qeybulla sakitləşdirici dərmanların əksəriyyətinin yaddaşı zəiflətdiyini və buna görə də bu tipli sakitləşdiricilərin qəbulunun həkim nəzarəti altında olmasının vacibliyini vurğuladı.
    Bəzi ölkələrdə, o cümlədən Litvada, eləcə də ABŞ-da ürək dərmanı sayılan korvalol nəzarətdə saxlanılan, idxalı və satışı qadağan olunmuş preparat sayılır. Azərbaycanda isə istənilən aptekdə korvalolun satıldığını və kifayət qədər də alıcısının olduğunu görmək mümkündür. 20-ci əsrin əvvəllərindən tibdə geniş istifadə edilən korvalol sakitləşdirici dərmanlar qrupuna aiddir. Müntəzəm istifadə edildiyi təqdirdə bu dərmanın hətta narkotik kimi asılılıq yaradığı da bildirilir. Qərbi Avropa ölkələrində, eləcə də Azərbaycanda Almaniya istehsalı olan korvaloldan və onun ekvivalenti olan volokordindən geniş istifadə edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR