Dünyaca məşhur "Netflix" kino şirkəti siyasi elmlər üzrə fəlsəfə doktoru dosent, AMEA-nın əməkdaşı Zaur Əliyevin İndoneziyada İslamın Azərbaycanlı tərəfindən gətirilməsinə aid araşdırmasını bu günlərdə rejissoru və ssenaristi Monti Tiua, həmsenaristi Alim Sudion olan İndoneziya istehsalı olan "Leyla-Məcnun" filmində istifadə edib. Bu barədə tarixçi-alim Azadmedia.az-a məlumat verərək qeyd edib ki,film Bakıda və İndoneziyada çəkilib. Qeyd edim ki ,filmdə istinad məhz İndoneziyada İslamı yayan Malik İbrahim barədə araşdırmama aiddir, söyləyən Zaur Əliyev qeyd edib ki, İslamı İndoneziyaya XIV əsrdə yaşayan və Səmərqənddən gələn Malik İbrahim adlı din xadimi gətirib. Mənbələrə görə, o, Səmərqəndə Xəzərin sahilindən, daha doğrusu, Azərbaycandan gəlib. O, Səmərqənddə islamı öyrənirdi, sonra İndoneziyaya gəldi. Beləliklə, islam İndoneziyada azərbaycanlılara görə yayılıb”.
Araşdırma dərc olunan saytın link və filmdən kadr təqdim olunacaq.
İlk dəfədir ki, Netflix kimi məşhur bir şirkət öz filmində Azərbaycanlı alimə istinad edir. Zaur müəllim son olaraq qeyd edib ki, bu mənim üçün sevindirici bir andır. Araşdırmam dünya şöhrətli şirkətin filimində səsləndirilir.
Biz də Zaur müəllimi bu münasibətlə təbrik edir, uğurlar arzulayırıq.
https://axar.az/news/hadise/201335.html
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.