Danimarka alimləri aşkar ediblər ki, yağlı süd məhsulları (kərə yağı, pendir, qaymaq, xama və s.) beyində trombların əmələ gəlməsinin riskini azaldır.
Orxus Universitetinin alimləri illər ərzində yaşı 50-64 arası olan 57 min insanın sağlamlıq göstəriciləri və qidalanmasına nəzarət edirdilər. Bu müddət ərzində 2 min insan insult keçirib, 1800 insanın beynində tromblar əmələ gəlib.
Araşdırma göstərib ki, yağlı süd məhsullarını gündəlik istehlak edən insanlar arasında beyində trombların əmələ gəlməsi riski bu məhsulları yeməyənlərlə müqayisədə 20% daha azdır.
Alimlərin fikrinə görə, bunun səbəblərinindən biri süd məhsullarının bağırsaq mikroflorasının yaxşılaşdırılmasıdır. Bağırsaq mikroflorası beyinin sağlamlığı və fəaliyyətinə böyük təsir edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.