AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hansı qan qrupu olan insanların ürəyi daha sağlamdır?

  • + A
  • - A
  • 24-11-2018, 09:30

    Hansı qan qrupu olan insanların ürəyi daha sağlamdır?














    Elmdə çoxdan sübut olunub ki, qan qrupu ilə insan sağlamlığı arasında müəyyən əlaqə var.

    Bir sıra elmi araşdırmalar sübut edib ki, 1-ci qan qrupu olan insanlarda mədə-bağırsaq sistemi xəstəliklərinə digər qruplarla müqayisədə daha tez-tez təsadüf edilir.

    Digər tərəfdən 1-ci qan qrupu olanlarda ürək-damar sistemi xəstəlikləri, damarlarda trombların əmələ gəlməsi və infarkın riski digər qruplarla müqayisədə daha azdır. Ürək-damar sistemi xəstəlikləri ölüm səbəblər arasında bütün dünyada birinci yer tutur. Bu səbəbdən daha möhkəm ürək-damar sistemi ilə seçilən 1-ci qan qrupu nümayəndələri adətən daha çox yaşayır və onların arasında uzunömürlülərin sayı daha çoxdur.

    2-ci qan qrupu olanlarda atreoskleroz xəstəliyi, süd vəzi və ağ ciyər xərçəngi riski daha çoxdur. Bu qan qrupu olan insanlarda həmçinin qanın laxtalanma sistemi ilə bağlı olan xəstəliklərinə də tez-tez təsadüf edilir.

    3-cü qan qrupu olan insanlar digər qan qrupları ilə müqayisədə urogenital infeksiyalara daha çox meyllidir.

    Amerika nevrologiya akademiyası jurnalında dərc olunmuş məqalədə qeyd olunur ki, 4-cü qan qrupu olan insanlarda demensiya, beyinin degenerativ xəstəlikləri, yaddaş və təfəkkür zəifləməsi kimi pozulmalara daha tez-tez təsadüf edilir. (saglamolun.az)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR