“Google” 2,4 mlrd. avro məbləğində cərimələnib
Avropa Komissiyası (AK) "Google” korporasiyasını 2,4 mlrd. avro məbləğində cərimələyib.
"Bloomberg” agentliyinə xəbər verir ki, buna səbəb axtarış sisteminin haqsız rəqabətə yol verməsidir.
Belə ki, AK apardığı araşdırma nəticəsində bu qənaətə gəlib ki, "Google”da müxtəlif əmtəə və xidmətlərlə bağlı axtarış verən zaman ilk növbədə korporasiyanın tərəfdaş olduğu şirkətlərin məhsulları çıxır.
Xatırladaq ki, "Google”un cərimələnə biləcəyi ilə bağlı bundan əvvəl "Financial Times” nəşri də yazıb. Qəzet ABŞ korporasiyasına qarşı 1 mlrd. avrodan artıq cərimənin tətbiq ediləcəyini proqnozlaşdırırdı.
report.az