Bu gün Xankəndində ruslar 9 may günü ilə bağlı hərbi parad keçiriblər. Amma onlar etiraf etmirlər ki, 1941-1945- ci illər müharibəsi zamanı ermənilər Hitlerə xidmət edən zaman minlərlə rus əsgərini düşərgələrdə öldürmələrinə baxmayaraq Rusiyanın bir neçə ərazisinə torpaq iddiasında olublar. Almanlarla danışığa gedən Daşnaksütyun və onun üzvləri Nijde, Dro və digərləri Naxçıvan, Qarabağ, Gücürstanın böyük bir hissəsi ilə yanaşı Sevastopol, Simferopol, Oddesadan Rostova qədər erməni dövlətinin yaradılmasını irəli sürmüş idilər. Alma faşizminə xidmət edən ermənilərə başçılığı anası Gürcüstan ermənisi olan, Alman təbliğat nazirliyində xidmət edən zabit Valdemar Frensel idi. O, Nijde ilə danışığa gedərək Bakıda 1918-1920-ci illərdə Ermənistanın səfirinin oğlu Suren Bekzaryanın Berlinə dəvət edirlər. Ona bu işdə Moskvada vaxtilə Alman səfiri olmuş Şulenberq kömək edir və burada Suren Bekzadyan alman generalı Rozenberqin himayəsindəki "Osank" adlı təşkilatda almanlar tərəfindən işğal olunmuş ərazilərdə ermənilərlə əlaqədar təbliğat işlərində çalışırdı. Eyni zamanda burada o, Osank adlı qəzet də nəşr etməyə başlayır və burada o rusların əleyhinə yazılar dərc etməklə yanaşı Almanların qələbə çalacağı təqdirdə Ermənistana verilən torpaqlarıb adını tez tez yazırdı.
Naxçıvan, Qarabağ, Axalkələ, Cavaxetiya, Simferopol, Sevastopol, Odesa və Rostov erməni dövlətinə aid olacaq idi plana görə..
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Mərkəzi Arxivində “Xalq Daxili İşlər Komissarlığının Rostov vilayəti üzrə İdarəsinin 7/17 nömrəli xidməti məruzəsindən SSRİ XDİK-in 4-cü idarəsinə” adlı sənəddə yazılır: “1942-ci ilin avqustunda Rostov-Don şəhərinin işğalı dövründə şəhərə general Dronun başçılıq etdiyi bir qrup erməni millətçisi gəlib. Qrupa Hitler tərəfindən Sovet hakimiyyətinə qarşı mübarizə aparmaq üçün Qafqaz millətlərindən könüllülər legionu təşkil etmək səlahiyyəti verilib. Nəticədə bura ermənilərə verilməli idi "
Rozenberqin Hitler yanında erməni məsələsi qaldıranda o, belə cavab vermişdi
"Üç dəfə xəyanət edənlər (Çar Rusiyası, Osmanlı imperiyası və SSRİ-yə qarşı) dördüncü dəfə də xəyanət edəcəklər!”
İndi Ruslar erməniləri himayə etsin. Dördüncü xəyanəti də görsünlər.
Zaur Əliyev, dosent
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.