AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hazırda dünyada bu qədər təbii fəlakət niyə baş verir?

  • + A
  • - A
  • 27-07-2021, 21:26


    Alimlər son günlər dünyada baş verən təbii fəlakətlərin səbəbinin nə olduğuna aydınlıq gətirib.

    AzadMedia.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, sözügedən bu təbii fəlakətlərə səbəb qlobal iqlim dəyişikliyidir.

    Vurğulanır ki, bu prosesi hələ ki, dayandırmaq mümkün görünmür.

    Məlumatda deyilir ki, son zamanlar KİV-də Qərbi Avropa və Çində daşqınlar, ABŞ və Kanadada anomal istilər, Sibirdə meşə yanğınları, həmçinin Türkiyə və Şimali Afrika ölkələrində hava temperaturunun rekord hesab olunan 50 dərəcə olması barədə tez-tez məlumatlar yayılır.

    Alman meteoroloq Yohannes Kvaasın sözlərinə görə, dünya üzrə iqlimin dəyişikliklərə reaksiyası dərhal baş vermir. Bu gün müşahidə edilən hadisələr onilliklər öncə atmosferə düşmüş tullantıların nəticəsidir. Belə ki, planet sənayeyə qədərki dövr ilə müqayisədə 1,2 dərəcə isinib.

    Bununla yanaşı, “Bloomberg” agentliyi yazır ki, bəşəriyyət zərərli maddələrin azaldılması ilə bağlı məqsədlərini yerinə yetirsə belə, istiləşmədən qaçmaq mümkün deyil. Əsrin sonuna qədər Yer kürəsində temperatur 0,3-0,8 dərəcə yüksələcək.

    Alimlər qeyd edir ki, əvvəlki araşdırmaların düzgün nəticələrinə baxmayaraq, iqlimin qlobal dəyişməsi templərinin azaldılması ilə bağlı dəqiq proqnoz vermək olmaz. Belə ki, bu cür eksperiment tarixdə ilk dəfədir aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR