AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Serjik Sərkisyanın İran prezidentləri ilə birgə Qarabağda narkotika biznesi

  • + A
  • - A
  • 15-10-2021, 17:24

    Serjik Sərkisyanın İran prezidentləri ilə  birgə  Qarabağda narkotika biznesi

    Ölkə başçısı çıxışı zamanı bildirib ki, "Azərbaycan Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb. "

    Prezidentin bu çıxışna əlavə olaraq bəzi faktları açıqlamaq istəyirəm. Cəbrayıl rayon ərazisində İran-Ermənitsan birgə narkotik emailı zavodu olub, Cəbrayıl və Zəngilan ərazisindən qazılan tunellər vasitəsilə narkotika İrana, ordan da Avropaya daşınıb. 1994-cü ildən etibarən Qarabağda Ermənistanın keçmiş prezidenti olan Serjik Sərkisyanın 50% payı, İranın da 50% olan birgə şirkət qurulub. ( Ermənilərə məxsus 50%-Sərkisyan, Köçəryan və Ter Petorsyan faizi bölünüb, İrana məxsus 50%-də isə İranın eks Prezidenti Mahmud Əhmədinejad,Əli Xamenei, Məhəmməd Xatəmi və Haşimi Rəfsəncani arasında bölünür) Marşurut xətti Cəbrayıl və Zəngilan ərazisindən olan tunellər vasitəsilə qurulub. Ermənistan zabitləri və əsgərləri tərəfindən xüsusilə qorunan, Dağlıq Qarabağda yetişdirilən narkotika vasitələri ilk olaraq İrana oradan isə digər ölkələrə aparılıb. Artıq bu ərazilər beynəlxalq narkotranzit ərazisinə də çevrilmiş idi.
    Qarabağdan keçən narkotik vasitələr Avropaya, hətta Uzaq Şərqə – Yaponiyaya daşınırdı. Dağlıq Qarabağda istehsal olunan narkotik maddələr keyfiyyətinə görə, Əfqanıstan istehsalı olan maddələrlə rəqabətə girməyə qadirdir.
    Beynəlxalq eksperlərin qeydinə görə, Qarabağ torpağında bitən narkotik bitkilərdən istehsal olunan narkotik maddələr ruh yüksəkliyi, oyanıqlıq, fiziki qüvvənin artmasının vaxtını uzadır və narkomanın özünə inam və özünüqiymətləndirmə hissini artırır, əqli və fiziki göstəricilərini, cinsi fəallığını yüksəldir. Bu səbəbdən bir çox narkotik alverçiləri məhz ermənilərdən narkotika almağa can atır və Ermənistanın yüksək çinli məmurlarına daha çox sifarişlər verirlər.

    27 mart 2004-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı Pənahlı Xudam başda olmaqla, narkotik vasitələr daşıyan və satan cinayətkar dəstə aşkar edildi. Ağır Cinayətlərə dair İşlər üzrə Respublika Məhkəməsində məsələyə baxılarkən, aydın olmuşdur ki, bu vasitələr ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazilərindən İrana gətirilərək, oradan Azərbaycana keçirilmişdir. Pənahlı Xudam bildirmişdir ki, işğal edilmiş Qarabağ ərazisində məskunlaşmış əfqanlar ermənilərlə birlikdə orada narkotik xassəli bitkiləri əkib becərərək, onlardan narkotik vasitələr istehsal edirlər və bu maddələr təkcə Azərbaycana deyil, başqa ölkələrə də göndərirlər.

    Amerikada isə erməni-iran narkotik şirkətinə hamiliyi isə "Bubi" adlı beynəlxalq narktocarət qrupu edib. Birbaşa Qarabağda əkilən və İran vasitəsilə satışı həyata keçirilən narkotiklərə hamiliyi Ermənistanın DİN nəzdində yaradılan “MAK” qrupu edir. “MAK” qrupu tərəfindən Qarabağda əkilən narkotik bitklərin satışıa çıxarıldığı barədə erməni müxalifət mediası özü yazıb dəfələrlə.
    WikiLeaksin narkoticarətlə bağlı yaydığı məlumatlarda işğal altında olan Azərbaycan torpaqları daxil olmaqla Ermənistan ərazisinin narkotik maddələrin daşınmasının əsas platformasına çevrildiyi qeyd olundu. Saytın ABŞ diplomatlarının Dövlət Departamentinə göndərdiyi hesabatlarına əsaslanan məlumatında o da vurğulanırdı ki, həmin narkotik alverindən Ermənistanın hazırkı hakimiyyətində təmsil olunan məmurlarla yanaşı, müxalifətdə dayanan eks-prezident Levon Ter-Petrosyanın da payı var. Ermənistanın güc strukturlarının da birbaşa narkobizneslə məşğul olduğu və qazancın xeyli hissəsinin silah-sursat alqısında istifadə olunduğu inkarolunmaz həqiqətdir.
    İranın iş adamları Qarabağın işğal altında olduğu dövrdə “Ermənistan və Dağlıq Qarabağ Ticarət Palatası” adlı qurum vasitəsilə erməni “məmurları”, erməni “iş adamları” ilə birlikdə o zaman beynəlxalq səviyyədə “nəzarətsiz zona” hesab olunan Qarabağ ərazisi narkotrafik və narkotik bitkilərin becərilməsi və hazırlanması baxımından “çiçəklənən” ərazi hesab edib sərmayə qoyurdular.

    Qeyd edim ki, işğal dövründə Azərbaycan-İran sərhədinin 132 kilometri narkobaronlar və onların laboratoriyaları üçün açıq olub. , İranla sərhəddə yerləşən Sünik vilayətinin qubernatoru Suren Xaçatryan İrana daşınan narkotikadan da öz faizini alırmış.

    Bu gün də İranın Azərbaycana qarşı apardığı mübarizə ermənilərə dəstək deyil, milyonlarla gəlir gətirən narkotik bizneslərinin əllərindən çıxmasıdır.....

    Zaur Əliyev, dosent


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR