Sərkisyanın qardaşı oğlu İrəvana gətirilir
Çexiya Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın qardaşı oğlu Narek Sərkisyanın ekstradisiyası haqqında İrəvandan rəsmi sorğu alıb
Teleqraf.com xəbər verir ki, bu haqda “Joxovurd” qəzeti yazıb.
Çexiya Ədliyyə Nazirliyinin nümayəndəsi Martin Baçkovski jurnalistlərə bildirib ki, Ermənistan Baş Prokurorluğu tərəfindən Narek Sərkisyanın ekstradisiyası haqqında rəsmi sorğu göndərilib:
“Sorğu Praqa prokurorluğuna yönəldilib, daha sonra isə məsələ ilə məhkəmə məşğul olacaq”.
Qeyd edək ki, Serj Sərkisyanın qardaşı Aleksandr Sərkisyanın oğlu 37 yaşlı Narek Sərkisyan dekabrın 6-da Çexiyanın paytaxtı Praqada saxlanılıb. O, Qvatamelaya məxsus saxta pasportla yaxalanıb. Məlum olub ki, Narek Sarkisyan adını və soyadını Franklin Qonzales olaraq dəyişdirib.
Narek Sərkisyan silah və narkotik maddə saxlamaq, həmçinin adam oğurluğu ittihamı ilə “İnterpol” tərəfindən axtarışda olub.