"Mətbuat katibləri bu il necə yadda qaldı?" mövzulu çox sual aldım. İşlərimin çoxluğundan bəzilərinə cavab verə bilmədim, həmkarlar üzürlü hesab etsin. Qərara aldım burdan yazım.
Ədliyyə Nazirliyi az qurumlardandır ki, orda mətbuat xidməti rəhbəri yoxdur. Amma dəyərlimiz Aynur Sabitova o qədər peşəkar iş qurub ki, mətbuatla ən çox işləyən qurumlardandır Nazirlik. Yaratdıqları media qrupuna sutkanın istənilən vaxtı müraciət etmək olur, çünki qrupu yalnız inzibatçılar üçün açıq etməyiblər.
İrada xanım işinin peşəkarı olması ilə yanaşı, həm də bizə formada, baxımlı qalmağa stimul verir görünüşü ilə.
İrada İbrahimova bu il jurnalistləri tez-tez ağac əkməyə cəlb edən, jurnalistərə müntəzəm mediaturlar təşkil edən mətbuat katibi kimi yaddaşımda qaldı. İradə xanım və təmsil etdikləri qurumla media-tur zamanı da əsas yeri piyada gəzinti, təbiətlə təmas tutur.
Elnur Nifteliyev o mətbuat xidmətlərindəndir ki, sutkanın istənilən vaxtı narahat etmək mümkündür və hər dəfə eyni nəzakət, eyni təmkin. Həmkarlarına qarşı o qədər həssasdır, hərdən irəli gedib şəxsi iş üçün də müraciət etməyə ərk edirik.
Gunay Quluzada xanımla həyatda heç vaxt rastlaşmamışıq. Amma Pərviz Abubəkirovun Səhiyyə Nazirliyi ilə media arasında yaratdığı uçuruma peşəkarlıqla körpü salmağı bacarıb. Nəinki müraciətə, statuslara tağ edəndə belə çox operativ reaksiya verir.
Safayamız indi xəstə olsa da, tezliklə sağlamlığına qovuşub bizə İçərişəhərdən gözəl xəbərlər verəcək. Səfayə həm də mənə məqalə tərcüməsində təmannasız kömək edir, sağ olsun.
Elnara Baxısh xanımın işi digər həmkarlarına nisbətən çətindir ona görə ki, TƏBİB yaranan gündən əyər-əskiyi olan qoca qurdlar, səhiyyənin mafiyalaşmış klanları məharətlə yeni yaranmış qurumun ətəyi arxasında gizlənməyi bacardı, TƏBİB qaldı tənqidlərə hədəf döyüş meydanında tək, dəxili olmayan işlər üçün tənqid, hətta təhqir edildi. Belə bir qurumun mətbuatına rəhbərlik xüsusi bacarıq, səbr və dözüm tələb edir. Elnarə xanım uğurla öhdəsindən gəlir. Bəli səhiyyəmiz qüsurludur, yazmasaq vicdanımız yol vermir, amma Elnarə xanım nəinki bizdən inciyir, hətta tağ edilməyən statuslarda həkimlərə yolumuzun düşdüyünü görəndə köməyini təklif edir. Bəlkə də kollektivində Kenan Kerimov kimi mədəni, səbrli, ləyaqətli əməkdaşların olması da Elnarə xanıma sadaladığım işlərində, problemlərdə yardım olur.
Aynurə Əhmədova ilə tanış deyildim, amma həmkarlardan yaxşı sorağını eşitmişdim, lazım olanda da kimə telefon nömrəsini vermişəm, çox sağ ol eşitmişəm. Onun komandası da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə bağlı yenilikləri, xəbərləri sutkanın istənilən vaxtı təqdim edir.
Natiq Axundov balansı saxlamağı bacaran, jurnalistin nə yazmasından asılı olmayaraq kin saxlamadan cavablarını əsirgəməyən mətbuat xidməti rəhvəridir. Bu vaxta qədər paylaşdığım tənqidi yazıya Natiq müəllimdən "sil" xahişi eşitməmişəm. Hətta bir dəfə əməkdaşlarının birinin şəxsi həyatından yazı paylaşmışdım, mənə Komitədən yox, məhz ailə üzvlərimdən təpki gəldi ki, camaatın asudə vaxtı ilə maraqlanmaq sənə yaraşmaz, sil, səndən gözləməzdik.
Anar Cabrayilli da bayram günləri narahat etdiyim mətbuat xidməti rəhbəridir. Şəxsi su problemlərimlə bezdirdiyim vaxtlar da olub, amma bunu iş əməkdaşlığında heç vaxt büruzə verməyib. Bilib ki, mənim nahaq danışmaqla işim olmaz. Hətta Binəqədi Su idarəsinin rəhbərinin zənglərimdən bezib açmadığı günlər də, problemin həllinə Anar müəllim vasitəsilə nail olmuşam. Şükür su problemim düzəlib. Yenə anlaşılmazlıq yarananda səbirsizlik edib birbaşa facebookda ictimailəşdirirəm, sonra görürəm tələsmişəm, heç də elə deyilmiş, sağ olsun, incimir.
Azərişığın rayon rəhbərliyindən tutmuş, demək olar ki, əksər cavabdehlərinin telefonunu bilirəm. Amma dara düşəndə Tanriverdi Mustafayevi səsləyirəm. Şikayət etdiyim vaxtlar da olur, sağ olsun, anlayışla qarşılayıb. Soaial şəbəkədə münasibətində dəyişiklik görməmişəm.
Elşad Hacıyev adı gələndə, mənə elə gəlir, şərhə ehtiyac yoxdur. Təmkin, operativ reaksiya, məntiqli cavabları ilə çoxlarına nümunədir. Təmsil etdiyi qurumun da media ilə münasibəti, əməkdaşlığı yalnız və yalnız təqdirəlayiqdir.
Aynur Osmanqızı, gözəl xanım. 1 sual verəndə bir məqaləlik cavab olur. O qədər ürəklə yanaşır ki, suala...
Murad Hashimov facebook statusıarı üzərindən onlara aid iş varsa, o dəqiqə hərəkətə keçir, bir də xəbər tuturam ki, məsələ həllini tapıb. Şəxsi xahişimlə neçə nəfər tanımadığımız adamlara kömək edib, heç vaxt marağında olmayıb ki, yazıb reklam edim.
Şahin Əliyev də DOSTu təmsil edən dostcanlı həmkarlardandır. İnanmıram kimsə ondan narazı qala.
Rashad Mehdiliyə vatsapda sual göndərəndə geriyığım zəng edir, səbrlə dinləyir, ətraflı məlumat verir.
Mayis G. Musayev jurnalistlərin dostudur. Ətraflı cavabları yerində, xəstələnəndə də ilk zəng edib köməyini təklif edən dostlardandır.
Ariz Tarverdiyevin sayəsində qəşəng-qəşəng qızıl külçələri şəkli görürük. İnşallah gedib canlı da görərik.
Anar Nəcəfli o qədər hamar yolların şəklini göndərir, yol gedəndə də yolun şəkillərin çəkib Anar bəyi tağ etmək istəyirəm. Gündəlik xəbərlə kifatətlənmir, sağ olsun həftə sonu da həftəlik yollayır.
Ceyhun Safar Azəriqaz İstehsalat Birliyindən getsə də, mətbuatla fəaliyyətinə görə hörmətim sonsuzdur. Azəriqazdan söz düşmüşkən, ilin mətbuatla işləyən qurumu nominasiyası üzrə qalib gələsi azsaylı qurumlarındandır. Baş direktor öndə olmaqla bütün kollektiv sutkanın 24 saatı nəinki mətbuata, abonentlərə də açıq qurumdur. Bu cəhətdən əziz həmkar Eldeniz Veliyevin də üzərinə az məsuliyyət düşmür.
Ruslan Eldaroğlu ilə əməkdaşlığım olmayıb, düzü. Amma bilirəm ki, şən, pozitiv həmkar kimi mətbuata açıqdır. Cənnətməkan Qarabağa gedən yük maşınları ilə bağlı yaxın günlərdə narahat edəcəm Ruslan bəyi.
Natavan Bayramovanın üzünün aurası o qədər xoşdur ki, ADY-dən həmişə pozitiv xəbərlər oxuyub, paylaşmaq istəyirəm.
Parvin Mamedova xanım da gəlişi ilə yeni yaranmış QDF-i bir az da dirçəldib. Çox operativ və göndərdiyi xəbərlərə qarşı tələbkar, diqqətli xanımdır.
Yaqut Aliyeva da həmkarlarına diqqətlə yanaşır, təmsil etdiyi qurumda baş verənlər barədə bizi informasiyasız qoymur.
Sevinc Isgenderova işini sevən, pozitiv, hər zaman medianın yanında olan xanımdır. Sevinc xanım AzTU-nu elə gözəl təqdim edir ki, bəzən düşünürəm rəqibsiz təhsil ocağıdır.
Basharet Mammadovdan yazmasam, insafsızlıq etmiş olaram. Gün ərzində ən çox sual verilənlərdəndir. Şükür hər şeyə rəğmən səbri yerindədir. Bəşarət müəllimin qəlb qırmaqla işi yoxdur. Uzağı sarkazmla bir aforizm yazır, hərə öz payını götürür.
Təhsil Nazirliyində Cəsarət müəllimlə yox, sözün düzü, dəyərli Billure Hacizade və Fariza Mammadzadə ilə istədiyim suala asanlıqla cavab tapıram.
MEDİA ilə də hərdən fikir ayrılığı yaranır. Lakin İlkin Nadirovun münasibətində, müraciətlərimə cavabında kin, qərəz hiss etməmişəm.
Operativliyə qalanda Bakhtiyar Miryusif Mammadovu da unutmaq olmaz. Hadisə yerində, qatarların səs-küyündə operativ məlumatlar verir, yeniliklər barədə xəbərdar edəndə ən çox xoşladığım "mətbuat üçün hər cür şərait yaradacağam" kəlməsidir.
Əvvəllər bizə bağlı qutunu xatırladan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də Teymur Merdanoglunun sayəsində əlçatandır. Teymur bəy mətbuat nümayəndələrinə həmkar dəstəyini hər addımda hiss etdirməyə çalışır.
Ayshen Huseynova da təmsil etdiyi təhsil ocağını ləyaqətlə təmsil edir.
Miqrasiya xidmətinin rəhbəri Vüsal müəllim kimi Elnur Kalantarov da hər zaman medianın yanındadır.
Hamida Rustamova işini o qədər sevir ki, biz pandemiyada da Teatrı fəaliyyətdə zənn etdik.
Baş prokurorluqda Kənan Zeynalova yazanda da sualımızı cavabsız qoymur.
Bəlkə də unutduqlarım oldu. Yadıma düşdükcə qeyd edəcəyəm.
Növbəti statusumda kobud, məmurlaşan mətbuat xidməti rəhbərlərini yazacam.
Adlarını sadaladığım hər kəsi qarşıdan gələn Yeni il və Dünya azərbaycanlılarının həmrəylik günü münasivətilə təbrik edir, mənimlə, çalışdığım #Azadmedia.az-la sıx, fəal əməkdaşlıq etdikləri üçün təşəkkür edirəm.
Elnurə Abuşova