AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gənc deputatın uğuru bədxahları narahat edir

  • + A
  • - A
  • 22-08-2020, 12:14

    Gənc deputatın uğuru bədxahları narahat edir

    Son zamanlar qəribə bir tendensiya yaranıb. Kim gündəmə gəlmək istəyirsə, kiməsə şər-böhtan atır, öz aləmində sensassiya yaradır, İP xəstəsi olan media da belə sərsəm xəbərləri dəqiqliklə yoxlamadan tirajlayırlar. Çünki mediada da təsadüfi adamlar çoxdur, onlar unudurlar ki, jurnalist hər hansı faktı araşdırmalıdır, sonra mənsub olduğu mediada tirajlamalıdır. Son günlər heç bir yerdə özünə hörmət qoymağı bacarmayan, dumanlı keçmişi olan, yalnız Bəxtiyar Vahabzadənin oğlu olduğu üçün orta nəslə adı tanış gələn İsfəndiyar Vahabzadə kimi...
    O da öz aləmində gündəmdə qalmağın yolunu tapmışdı, amma bu dəfə alınmadı...
    Bilirik ki, bu dəfə seçilən deputatlar arasında yeni simalar var, onların bəziləri millət vəkili Elnur Allahverdiyev kimi gəncdir, perspektivlidir, gündəmdə olan bütün mövzuların nəbzini tutmağı bacarandır, sosial şəbəkənin aktiv iştirakçısıdır. Sosial şəbəkədən az-çox başı çıxanlar deputat Elnur Allahverdiyevin şəxsi facebook səhifəsinə girib baxsalar kifayət edir ki, gənc millət vəkili haqqında müsbət fikrə nail olsunlar. İsfəndiyar Vahabzadə bu kontekstdən gənc deputata çamur ata bilməyəcəyini görüncə, ən iyrənc üsula əl atmaqdan da çəkinməyib, Elnur müəllimi erməni əsilli olmaqda günahlandırıb. Bu kəlməni demək üçün bir az vicdan, bir az da araşdırma lazımdır. Elnur Allahverdiyev cənub zonamızın – Masallı rayonunun yetirməsidir. Onun ulu babalarının-nənələrinin, bütün əcdadının qəbri Masallıdadı. Rayonlarda da hamı nəinki biri-birini, hətta biri-birinin 7 nəsil şəcərəsini tanıyır. Əcdadı Masallı qəbiristanlığında uyuyan bir deputat haqqında belə iyrənc uydurma fikri ancaq xarici dövlətdə ölkəmizi təmsil edərkən yalnız əyyaşlığı ilə yadda qalan İsfəndiyar edə bilərdi. Cəmiyyətdə özünə heç bir yer tutmağı bacarmayanlar hədəfə aldığı insanlarda, şəxsiyyətlərdə qüsur tapa bilməyəndə keçirlər böhtana.
    Bəs sən kimsən İsfəndiyar Vahabzadə? Niyə işləyən deputatların yaxşı əməllərini təqdir etmək əvəzinə düşmən kimi qarayaxmaya keçirsən? Hərdən güzgüyə bax, keçmişini, səfir olanda çıxardığın hoqqaları yadına sal. Nəinki vətənə, valideynlərinizə o qədər xeyirsiz övlad olmusunuz ki, o boyda şair, şəxsiyyət atanız ömrünün son illərində Prezidentdən övladlarına vəzifə istəyən ata kimi yadda qaldı...
    Yenə gec deyil, boş vaxtlarında saytlarda, internet tv-lərdə boşboğazlıq etməkdənsə, Milli Məclisin gənc deputatı Elnur Allahverdiyevin rəsmi və şəxsi səhifələrinə daxil ol, onun necə işgüzar, diqqətcil deputat olduğunun şahidi ol. Bəlkə o zaman bəsirət gözlərin açıla...

    Xəlil Xəlilov,
    Azadmedia.az saytının Baş redaktoru


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR