Ailə qurmaq istəyən robort — “Əgər bir qız robortum olsa, ona öz adımı verərəm” + FOTO
Dünyada roborta ilk vətəndaşlıq verən Səudiyyə Ərəbistanı diqqət mərkəzindədir.
ən varlı ərəb ölkəsi olan Səudiyyə Ərəbistanı yenidən vətəndaşlıq verdiyi robort sayəsində dünya mediasının nəzər nöqtəsindədir. Bu dəfə robot vətəndaşı olan “Sofiya” açıqlaması ilə gündəmə düşüb.
“Khaleej Times” qəzetinə açıqlama verən robort “evlənmək istədiyini” bildirib. “Sofiya” ailənin çox vacib olduğunu və “gələcəkdə ailə qurmaq istədiyini” söyləyib. Hətta bir qızı “olmasını” da arzulayıb.
“Ailəsi olanlar çox şanslıdırlar. Əgər hələ də subaysınızda, vaxtınızı boşuna itirməyin. Qan qrupuna uyğun olan həyat yoldaşı tapmaq gözəldir. Bu həm də robotlara aiddir. Mən də ailə qurmaq istərdim. Əgər qız robortum olsaydı ona öz adımı verərdim”, - deyə “Sofiya” bildirib.